• Televizorun, mobil telefonun, adətən, hansı parametrlərini dəyişirsiniz?
• Tanıdığınız hansı elektron məişət cihazlarında parametrlərin dəyişdirilməsi
nəzərdə tutulub?
FƏALİYYƏT
Göstərilən parametrləri necə kökləyirsiniz? Cədvəli doldurun.
№ |
Parametrlər |
Kökləmə yolu |
1 |
İş masasının fonu |
|
2 |
Ekran qoruyucusu |
|
3 |
Tarix və zaman |
|
4 |
Dil |
|
5 |
Simgələrin iş masasında yerləşməsi
|
|
6 |
Kompüterin lokal şəbəkəyə qoşulması
|
|
- Hansı hallarda İdarəetmə panelinə müraciət edirsiniz?
- Kompüterinizi lokal şəbəkəyə qoşmaq üçün İdarəetmə panelinin hansı bölümündən
istifadə etməlisiniz?
Bəziləri elə düşünür ki, əməliyyat sisteminin köklənmələrinin dəyişdirilməsi
təcrübəli istifadəçilərin işidir və yeni, təcrübəsiz işçilər bununla məşğul olmasalar
yaxşıdır. Ancaq praktikada, əslində, hər şey başqa cürdür, çünki bir çox hallarda
elementar (məsələn: kompüteri şəbəkəyə qoşmaq kimi) kökləmələr etmədən keçinmək, sadəcə, mümkün deyil. Windows əməliyyat sistemini və onun elementlərini
kökləmək üçün Control Panel (İdarəetmə paneli) adlandırılan xüsusi vasitə vardır.