7.
Dördüncü və sonrakı 4 slaydı bənzər qaydada doldurun.
8.
Bir slayddan başqasına keçid effekti tətbiq etmək üçün
Animations menyusunu seçin. Təklif olunan effektlərin üzərində
siçanın göstəricisini gəzdirin və effektin necə olacağına
öncədən baxmaq üçün azacıq gözləyin. Bəyəndiyiniz effekti seçin
və əgər bu keçid effektinin bütün slaydlara tətbiq olunmasını
istəyirsinizsə, həmin paneldəki ApplyToAlI düyməsini çıqqıldadın.
9.
Insert menyusunda Header & Footer düyməsini çıqqıldadın. Açılan dialoq pəncərəsində
Slide Number boksunu qeyd edib Apply to All düyməsini çıqqıldadın.
Təqdimatdakı slaydlar birincidən başlayaraq ardıcıl nömrələnəcək.
10.
Slide Show menyusuna keçin və
düyməsini çıqqıldadın. Hazırladığınız təqdimat
birinci slayddan nümayiş olunmağa başlayacaq.
11.
Slaydların nümayişini sona çatdınb adi rejimə keçmək üçün <Esc> klavişini basın.
12.
Fayla münasib ad verib istədiyiniz qovluqda saxlayın.
İlk və ən populyar İnternet xidmətlərindən biri kütləvi tələbat mallarının satışı ilə
məşğul olan
Amazon.com-dur. Bu xidmət haqqında əlavə
məlumat toplayın.
Bu xidmət nə vaxt yaranıb? Nə qədər əməkdaşı var? Son illik dövriyyəsi və xalis
gəliri nə qədər olub?
Özünüzü yoxlayın
1. "İnternet xidməti" nədir?
2. IRC xidməti göstərən hansı proqramları tanıyırsınız?
3. "Bloq" nədir və onun adi veb-saytdan fərqi nədədir?
4. "Veb-forum" nədir və onun işinin mahiyyəti nədən ibarətdir?
5. Sizcə, sosial şəbəkələrin hansı müsbət və mənfi cəhətləri var?