dostluğa qəbul etmək və ya dostluqdan silmək və digər məqsədlərlə yaradılan saytlardır. Sosial
şəbəkələrin üstünlüklərindən biri də çoxdan əlaqələri olmayan dostları,
qohumları tapmaq imkanının olmasıdır.
Hazırda dünyada ən çox qeydiyyatlı istifadəçisi olan sosial şəbəkələr bunlardır:
Facebook, Google+, Tumblr, Twitter, Linkedln.
TARİX
Dünyada ən böyük sosial şəbəkə olan Facebook
("feys-buk" kimi oxunur) 2004-cü il
fevralın 4-də Harvard Universitetinin tələbəsi Mark Zukerberq (Mark Zuckerberg) və
yoldaşları tərəfindən yaradılıb. Bu sayt sayəsində Mark Zukerberq 23 yaşında dünyanın
ən gənc milyarderi olmuşdur.
"İnternet xidmətləri" mövzusunda təqdimatın hazırlanması
1.
Microsoft PowerPoint (və ya OpenOffıce Impress) proqramını başladın. Proqramın
baş pəncərəsi və onunla birlikdə bir slayddan ibarət yeni təqdimat faylı açılacaq.
Pəncərənin mərkəzində böyük çərçivədə aktiv slayd yerləşir. Bütün slaydları (indiki
və bundan sonra daxil edəcəyiniz yeni slaydları) isə pəncərənin sol hissəsindəki
slaydlar sahəsində görmək olar.
2.
Yeddi yeni slayd yaradın.
3.
Birinci slaydı aktivləşdirin. Bu slayd, adətən, təqdimatın titul slaydı olur və burada
təqdimatın adı, onun müəllifi kimi məlumatlar yerləşdirilir. Slaydın Click to add title
sahəsinə təqdimatın başlığını (İnternet xidmətləri) yazın.
4.
Click to add subtitle sahəsinə özünüz haqqında məlumat yerləşdirin.
5.
İkinic slaydı aktivləşdirin. Bu slaydda "Fəaliyyət" bölümündə verilmiş cədvəl
yerləşdiriləcək. Öncə slayd üçün yeni tərtibat (maket) seçin. Bu məqsədlə alətlər
panelinin Slides bölümündəki
düyməsini çıqqıldadın. Təklif olunan müxtəlif
slayd maketlərindən birini, məsələn, Title and Content maketini seçin. Slaydın
başlığını və uyğun cədvəli daxil edin.
6.
Haqqında məlumatınız olan 6 İnternet xidmətini müəyyənləşdirin. Üçüncü və sonrakı 5
slaydın hər biri bu xidmətlərdən birinə həsr olunacaq. Üçüncü slaydı aktivləşdirin və
onun üçün Content with Caption maketini seçin. Uyğun sahəyə (solda
yuxarıda) slaydın başlığını, ondan aşağıdakı sahəyə isə birinci xidmət haqqında
məlumatı daxil edin. Sağdakı sahəyə isə mövzu ilə əlaqədar bir şəkil, yaxud video
yerləşdirin. Slayda müəyyən dizayn vermək üçün Design menyusunu seçin. Təklif
olunan şablonlar üzərində siçanın göstəricisini gəzdirin və variantları bir-bir gözdən
keçirin. Bəyəndiyiniz şablonu (məsələn: Flow) seçin.