aktiv inkişaf etdirilən və təkmilləşdirilən xidmətlər də vardır:
bloqlar, veb-forumlar,
sosial şəbəkələr və s.
Bloq (blog) əsas məzmunu müntəzəm əlavə olunan yazılar,
görüntülər, yaxud
multimedia olan veb-saytdır. Bloq onun müəllifinin şəxsi saytıdır. Bloqlar üçün,
əsasən, müvəqqəti dəyəri olan və tərs xronoloji ardıcıllıqla çeşidlənmiş (son yazı ən
yuxarıda) qısa yazılar xarakterikdir. Bloqun ənənəvi gündəlikdən fərqi ondadır ki,
bloqlar, adətən, açıq olur və özgə oxucuların olmasını nəzərdə tutur. Həmin oxucular
bloqun müəllifi ilə açıq polemikaya girə bilərlər.
TARİX
Bloq” termininin maraqlı tarixçəsi var. 1997-ci ildə Yorn Barger (Jorn Barger) adlı
istifadəçi “Robot Wisdom” adlı veb-sayt hazırlayır və orada onu maraqlandıran saytlara
istinadlar yerləşdirir. Yorn bu işi müntəzəm davam etdirir və bir müddətdən sonra
öz saytını “sayt” deyil, “şəbəkə jurnalı” - “Web Log” adlandırmağa başlayır. Sonradan
bu iki söz sanki öz-özünə birləşərək “weblog” termininə çevrilir. İki ildən sonra şəbəkə
jurnallarının daha bir həvəskarı Piter Merhols (Peter Merholz) artıq oturuşmuş
“weblog” ismi ilə “oynayaraq” onu iki hissəyə - “we” əvəzliyinə və kimsənin bilmədiyi “blog”
feilinə ayırır. Nəticədə “biz bloqlaşınq”, yaxud “biz bloq yazırıq” anlamını
verən ifadə alınır. Zarafat hamının elə xoşuna gəlir ki, o vaxtdan “vebloq”ları “bloq”
adlandırırlar.
Bloq sahibinə bloqçu (blogger) deyilir. Bloqlara yardım
edən geniş və çeşidli
insanlar topluluğunu ifadə etmək üçün bloqosfer
(blogosphere) terminindən istifadə
olunur. Bəzi bloqçular bu topluluq arasında xəbərləri böyük bir sürətlə yayan çox
nüfuzlu və geniş auditoriyaya malikdir. Bu amili nəzərə alan bir çox şirkətlər öz
brendlərinin qorunması və dəstəklənməsi üçün bloqosferi izləyir və ona müraciət
edirlər.
İnternet forumu, yaxud veb-forum veb-saytın
ziyarətçilərinin ünsiyyətim təşkil
etmək üçün bir İnternet xidmətidir. Forumun işinin mahiyyəti istifadəçilərin (forum
iştirakçılarının) müzakirə etmək üçün müəyyən mövzular yaratmaları və bu
mövzular daxilində məlumat göndərməklə müzakirələr aparmalarından ibarətdir.
Ayrıca götürülmüş mövzu, əslində, tematik qonaq kitabıdır. İstifadəçilər elan
olunmuş mövzu haqqında şərhlər, suallar verə və cavablar ala, eləcə də özləri başqa
istifadəçilərin suallarını cavablandıra və onlara məsləhətlər verə bilərlər. Mövzu
daxilində sorğular da (səsvermə) keçirilə bilər. Suallar və cavablar forumun
verilənlər bazasında saxlanılır və gələcəkdə həm forum iştirakçıları, həm də istənilən
İnternet istifadəçisi üçün faydalı ola bilər. Forumların mövzuları həyatın bütün
sahələrini əhatə etməklə çox rəngarəng ola bilər.
Son illər çox geniş yayılmış İnternet xidmətlərindən bin də sosial şəbəkələrdir.
Sosial şəbəkə xidməti (social networking service) İnternetdə sosial qarşılıqlı münasibətlərin qurulması, əks etdirilməsi və təşkili üçün nəzərdə tutulmuş onlayn-xidmətdir, platformadır. Bu xidmətlər, ilk növbədə, ümumi maraqları olan insanları
tanışdırmaq və bir yerə toplamaq, onlara müxtəlif mövzular haqqında danışmaq
imkanı vermək, foto və video yerləşdirmək və onlan müzakirə etmək, bir-birini