imkanlara malik olmuşdur. Ona görə də belə telefonların artan
funksional imkanlarını və hesablama gücünü xüsusi vurğulamaq üçün
"smartfon" (ingiliscə:
smartphone - ağıllı telefon) termini daxil edilmişdir.
Smartfonlar adi mobil telefonlardan onlarda yetərincə inkişaf etmiş
əməliyyat sisteminin olması
ilə fərqlənir. Smartfonların əməliyyat sistemləri adi mobil
telefonların əməliyyat sistemlərindən fərqli olaraq, kənar
gəlişdiricilərə (developer) açıqdır, yəni kənar gəlişdiricilər də
smartfonlar üçün proqram təminatı hazırlaya bilər. Əlavə tətbiqi
proqramların quraşdırılması smartfonların funksionallığını adi
telefonlarla müqayisədə əhəmiyyətli dərəcədə yaxşılaşdırır. Ancaq
yeni model mobil telefonlarda da artıq sadələşdirilmiş brauzer və
elektron poçtla işləmək üçün vasitələr vardır.
1.
Ölkəmizdə fəaliyyət göstərən mobil rabitə operatorları haqqında
məlumat toplayın. Mətn redaktorunda aşağıdakı formada cədvəl
hazırlayın və onu doldurun.
Göstərici
|
Operator
|
|
|
|
Təsis tarixi
|
|
|
|
Ana şirkəti
|
|
|
|
Abunəçilərinin sayı
|
|
|
|
Baza stansiyalarının sayı
|
|
|
|
2.
Aşağıdakı şəkli diqqətlə gözdən keçirin və onun nəyi ifadə etməsi haqqında
fikirlərinizi söyləyin.
Özünüzü yoxlayın
1. "Mobil rabitə" dedikdə nə nəzərdə tutulur?
2. "Hücrəsəl rabitə" ifadəsi haradan yaranıb?
3. "Baza stansiyası" nədir və hansı funksiyanı yerinə yetirir?
4. Kommutasiya mərkəzinin funksiyaları nədən ibarətdir?
5. Smartfon" nədir və onun adi mobil telefondan əsas fərqi nədədir?