Onun başqa funksiyaları da vardır: mobil tele-
fonların siqnallarının izlənməsi, telefon bir hüc-
rədən başqasına hərəkət etdikdə estafetin başqa
stansiyaya ötürülməsi, küylər və ya nasazlıqlar
yarandıqda hücrələrdə kanalların kommutasiyası
və ən başlıcası - hücrəsəl şəbəkə abonentinin
yığdığı nömrəyə uyğun olaraq başqa abonent ilə
bağlantı qurulması, yaxud şəhər, şəhərlərarası və ya beynəlxalq telefon şəbəkəsinə
çıxılması.
Açar
sözlər
• Mobil rabitə
• Hücrəsəl rabitə
• Baza stansiyası
• Kommutasiya mərkəzi
• Mobil telefon
• Smartfon
Hücrəsəl şəbəkənin elementlərinin iş prinsipini sadə şəkildə belə təsvir etmək olar.
Hər bir baza stansiyasında idarəedici adlandırılan xüsusi kanal var və bütün hücrəsəl
telefonlar çağırış gözləyərək bu kanaldakı siqnallara "qulaq asır". Abonent zəng
etmək istədikdə nömrəni yığdıqdan dərhal sonra radiotelefon avtomatik olaraq
sərbəst kanal axtarmağa başlayır. Onu aşkarladıqda öz parametrlərini və yığılmış
nömrəni baza stansiyası vasitəsilə hücrəsəl şəbəkə kommutatoruna ötürür. Abonentin parametrlərini
yoxladıqdan sonra kommutasiya mərkəzi bağlantını həyata keçirir.
Əks istiqamətdə - hücrəsəl şəbəkə abonenti çağırıldıqda kommutator belə bir abonentin olmasını öz
verilənlər bazasında yoxlayır və radiotelefonu hər bir hücrədə
axtarmağa başlayır. Abonentin radiotelefonu bu çağırışı idarəedici kanal vasitəsilə
qəbul edərək onu təsdiqləyir və beləliklə də özünün hücrəsəl şəbəkədə yerini təyin
edir. Bundan sonra kommutator verilmiş hücrədə boş danışıq kanalı tapır və bağlantını ona keçirir.
Kommutator bağlantını təşkil etməklə yanaşı, radıotelefonların siqnallarını rabitə
prosesində də daim izləyir. Əgər avadanlıqlarda nasazlıq yaranarsa və ya küylər
əmələ gələrsə, kommutator başqa bir boş kanal tapır və danışığı ona keçirir. Bağlantı
prosesində abonentin öz yerini dəyişməsi siqnalların səviyyəsinin çox aşağı düşməsinə səbəb ola
bilər. Onda kommutator bağlantını abonentə daha yaxın olan başqa
bir baza stansiyasına keçirir. Bu keçirmə o qədər sürətlə baş verir ki, abonent bunu
hiss etmir.
Diqqət!
Hazırda hücrəsəl rabitə mobil rabitənin ən geniş yayılmış növü olduğundan mobil
telefon deyəndə, adətən, məhz hücrəsəl telefon nəzərdə tutulur. Əslində isə hücrəsəl
telefonlarla yanaşı, peyk telefonları, radiotelefonlar, magistral rabitə aparatları da
mobil telefonlardır.
TARİX
Dünyada ilk mobil telefon Motorola şirkətinin DynaTAC 8000X modeli hesab edilir. Bu
qurğunun ilk nümunəsi 1973-cü ildə nümayiş etdirilsə də, satışa yalnız 1983-cü ildə
çıxarılıb. Təxminən 1 kiloqram çəkisi olan DynaTAC akkumulyatorun bir yüklənməsində
20 dəqiqə işləyə və 30-dək telefon nömrəsini yadda saxlaya bilirdi.
Mobil telefonların əlavə funksiyaları (kalkulyator, təqvim), demək olar ki, həmişə
olmuşdur. Ancaq zaman keçdikcə buraxılan yeni intellektul modellər daha geniş