4.4
MOBİL RABİTƏ TEXNOLOGİYALARI
• "Mobil"nə deməkdir?
• Sizcə, mobil telefonların ölçülərinin son zamanlar
böyüməsinin səbəbi nədir?
Motorola DynaTAC 8000X
(1983)
Nokia 7280 (2004)
Apple iphone 5
(2012)
8 il
20 il
FƏALİYYƏT
Cədvəlin doldurulmamış sütununda öz mobil telefonunuzun uyğun parametrlərini qeyd
edin.
Parametr
|
DynaTAC 8000X
|
|
Buraxılış ili
|
1983 |
|
Ölçüləri
|
3300 x 898 x 445 mm |
|
Çəkisi
|
784 q
|
|
Qiymət
|
3995 ABŞ dolları
|
|
- Telefonunuzun həcmi (ölçüləri) Motorola DynaTAC 8000X telefonu ilə müqayisədə
təxminən nə qədər azdır? Bəs çəkisi?
Mobil telefonlar nisbətən yaxın zamanlarda meydana çıxsa da, artıq həyatımızın
ayrılmaz hissəsinə çevrilib. Mobil rabitə (mobile
communication) dedikdə biri və ya bir
neçəsinin yeri dəyişilə bilən abonentlər arasındakı radio rabitəsi nəzərdə tutulur. Mobil
rabitənin növlərindən biri hücrəsəl rabitədir (cellular
communications). İndi insanların
əksəriyyəti bu və ya digər dərəcədə hücrəsəl rabitə operatorlarının xidmətlərindən
yararlanır. Bu rabitə növü çox böyük sürətlə bir neçə istiqamətdə inkişaf edir. Bir
tərəfdən mobil rabitə operatorlarının təqdim etdiyi xidmətlərin çeşidi artır. Digər
tərəfdən mobil telefon aparatlarının özlərinin funksional imkanları genişlənir. Üçüncü
istiqamət-telefonların ölçülərinin kiçilməsi isə artıq müəyyən həddə çatıb və daha həlledici amil
hesab edilmir.
Mövcud hücrəsəl rabitə standartlarının rəngarəngliyinə (GSM, CDMA ...) və onların
həyata keçirilmə xüsusiyyətlərinin çoxluğuna baxmayaraq, belə sistemlərin
qurulması və işləmə alqoritmləri bir çox cəhətdən bənzərdir.