və ya pikoşəbəkə (piconet) də deyilir ("piko" çox kiçik
kəmiyyət olub "trilyonda
bir"ə bərabərdir). Bu şəbəkə "apancı-asdı" rejimində işləyən 8-dək aktiv qurğudan
ibarət olur. Pikoşəbəkədə bir Bluetooth qurğusu birinci, qalanlar isə ikincidərəcəli
olur ki, verilənlərin mübadiləsi bu qurğularla birincidərəcəli arasında gedir.
Bluetooth-PAN şəbəkəsi
Hab
Bu maraqlıdır
Naqilsiz cihazların şüalanmasının sağlamlığa təsiri ilə bağlı çoxlu elmi araşdırmalar
aparılmış və məqalələr nəşr olunmuşdur. Onların içərisində ən geniş əhatəlisi Ümumdünya Səhiyyə
Təşkilatının (World Health Organization, WHO) himayəsi altında
aparılmış INTERPHONE (2002-2011) tədqiqatıdır. Bu tədqiqatın başlıca məqsədi
simsiz rabitə cihazlarının geniş istifadəsinin onkoloji xəstəliklərin inkişafına təsirinin
olub-olmadığını müəyyənləşdirmək idi. Araşdırmaların nəticəsinə görə, həmin cihazlardan sürəkli
(məsələn: mobil telefonla 7-10 il ərzində hər gün təxminən 30 dəqiqə)
istifadə edilməsi göstərilən xəstəliklərə tutulma riskini əhəmiyyətli dərəcədə artıra bilər.
Ümumdünya Səhiyyə Təşkilatının və Beynəlxalq Xərçəng Araşdırmaları Agentliyinin
(The International Agency for Research on Cancer, IARC) 31 may 2011-ci il tarixli
qərarına görə, mobil telefonların şüalanması "insan üçün mümkün kanserogen (xərçəng
əmələ gətirən)" amil kimi təsnif edilmişdir. 2005-ci ildə Çin alimləri bu nəticəyə
gəlmişlər ki, mobil telefonların şüalanması DNT-lərin zədələnməsinə aparıb çıxarır.
Wireless USB, ZigBee texnologiyaları haqqında İnternetdən
məlumat toplayın. Bu
texnologiyalar harada tətbiq olunur? Artıq öyrəndiyiniz texnologiyalardan onlann
hansı üstünlükləri və çatışmazlıqları var?
Özünüzü yoxlayın
1. Naqilsiz kompüter şəbəkələrinin hansı üstünlükləri var?
2. Wi-Fi şəbəkəsinin çatışmazlıqları nədədir?
3. Bluetooth texnologiyasının hansı üstünlükləri və çatışmazlıqları var?
4. Naqilsiz cihazların şüalanmasının insan orqanizminə hansı zərərləri ola bilər?