məsafəsi təxminən 150 m (maksimum 300 m), qapalı yerdə isə 20-30 metrdir. Bu
isə Wi-Fi şəbəkələrinin başlıca çatışmazlığıdır.
Wi-Fi şəbəkələrinin bu problemini WiMAX (Worldwide
Interoperability for Microwave Access) texnologiyası həll edir. Bu texnologiya iş stansiyaları və
daşınabilir
kompüterlərdən tutmuş mobil telefonlaradək geniş spektrli qurğular üçün böyük
məsafələrə naqilsiz rabitəni təmin etmək məqsədilə yaradılmışdır. IEEE 802.16
standartına əsaslanır. Şəhər mühitində tikililər, ağaclar kimi maneələr, eləcə də hava
şəraitindən asılı olmayaraq WiMAX verilənləri radio kanalı ilə ötürməyə imkan
verir.
Təsir məsafəsi 25-80 km, verilənlərin
maksimal ötürülmə sürəti isə 75 Mbit/san qədərdir. WiMAX ötürücüləri provayderlər tərəfindən şəhərin müxtəlif rayonlarında quraşdırılır və onların əhatə dairəsində istifadəçilər
bu texnologiyanı dəstəkləyən kompüter və ya
mobil telefon vasitəsilə İnternetə qoşula
bilərlər. İnternetlə yanaşı, WiMAX-dan yüksəkkeyfiyyətli səs və videorabitə üçün də
istifadə olunur.
Açar
sözlər
• Simsiz texnologiyalar
• "Ad hoc" rejimi
• "İnfrastruktur" rejimi
• Wi-Fi
• Li-Fi
• WiMAX
• Bluetooth
• Simsiz fərdi şəbəkə (WPAN)
TARİX
Elektrikin kəşfi və radionun ixtirası uzaqdan (məsafədən)
idarə olunan maşınların meydana çıxmasına təkan verdi.
1897-ci ildə britaniyalı Emest Uilson dirijablın naqilsiz
idarəolunması sistemini patentləşdirdi (ancaq belə bir
mexanizmin qurulması haqqında məlumat yoxdur).
1898-ci ildə Nyu-Yorkda keçirilən sərgidə mühəndis və
ixtiraçı Nikola Tesla (1856-1943) radio ilə idarə olunan
gəmi modelini nümayiş etdirdi.
Son zamanlar geniş yayılmış simsiz texnologiyalardan biri də Bluetooth
texnologiyasıdır ("blu-tuz" kimi tələffüz
olunur). 1998-ci ildə işlənib-hazırlanmış bu texnologiya ayrı-ayrı qurğulara avtomatik olaraq "ad
hoc"
rejimində lokal şəbəkələr yaratmağa imkan verir. Wi-Fi texnologiyasında
olduğu kimi,
Bluetooth-da da tezliyi 2.4 GHs olan radio siqnallardan
istifadə olunur, ancaq bu iki standart bir-biri ilə uyuşmur.
Bluetooth-da elektrik
sərfinin yetərincə aşağı olması bu texnologiyanın daşınabilir qurğularda - noutbuk,
cib kompüteri, mobil telefon, rəqəmsal fotoaparatlarda tətbiqini şərtləndirir. Bundan
başqa, qurğular arasında Bluetooth bağlantısım tənzimləmək üçün istifadəçinin hər
hansı müdaxiləsinə, demək olar ki, ehtiyac qalmır. Digər tərəfdən bu texnologiyada
ötürmə məsafəsi və buraxılış imkanı o qədər də böyük deyil
- uyğun olaraq 10 metr
və 400-700 Kbit/san-dir. Bu isə Bluetooth texnologiyasından lokal şəbəkələrdə
istifadə imkanını kəskin məhdudlaşdırır.
Bluetooth texnologiyasından çox zaman simsiz fərdi şəbəkələrin (wireless personal
area network, WPAN) qurulmasında istifadə olunur. Belə şəbəkələrə Bluetooth-PAN