3.
NetWork and Sharing Center bölümündə Connect to a network bəndini çıqqıldadın.
Ətrafda mövcud olan simsiz şəbəkələrin siyahısı açılacaq.
4.
Siyahıdan uyğun şəbəkəni seçin və sonra Connect düyməsini çıqqıldadın. Tapşırıqlar
zolağında
simgəsi
yaranacaq. Bu isə seçdiyiniz şəbəkəyə qoşulmuş olduğunuzu
göstərir.
5.
Əgər başqa bir şəbəkəyə qoşulmaq istəsəniz, oncə can şəbəkədən ayrılmaq lazımdır.
Bunun üçün tapşırıqlar zolağındakı
simgəsini çıqqıldadın, açılan aktiv simsiz
şəbəkələrin siyahısından hazırda qoşulğunuz şəbəkəni seçin və Disconnect düyməsini
çıqqıldadın. Siyahıdan başqa bir şəbəkəni seçib ona qoşulun.
Diqqət!
Simsiz lokal şəbəkələrin əksəriyyəti qapalı olur, yəni icazəsiz qoşulmadan qorunur.
Belə şəbəkələrə qoşulmaq üçün, əlbəttə, uyğun parolu daxil etmək lazımdır.
Simsiz şəbəkənin ən vacib xarakteristikalarından bin onun təsir məsafəsidir. Maksimal uzaqlıqdan artıq məsafədə yerləşən simsiz qurğular bir-biri ilə əlaqə yarada
bilmir; məsələn, açıq sahədə olan Wi-Fi şəbəkələrində əksər qurğuların təsir