4.3
SİMSİZ ŞƏBƏKƏ TEXNOLOGİYALARI
• Verilənlərin ötürülmə mühitinə görə kompüter şəbəkələrinin
hansı növləri var?
• Sizcə, hansı mühitdə verilənlərin ötürülmə sürəti böyük
olar: naqilli, yoxsa
naqilsiz?
FƏALİYYƏT
Fizikada radiodalğalarla bağlı öyrəndiklərinizi yada salın və aşağıdakı cədvəli doldurun.
Tezliyin adı
|
Tezlik diapazonu
|
Dalğanın adı
|
Dalğa uzunluğu
|
Dalğa uzunluğ
|
|
|
|
Orta
|
|
|
|
Yüksək
|
|
|
|
Çox yüksək
|
|
|
|
Ultra yüksək
|
|
|
|
İfrat yüksək
|
|
|
|
- Televiziya yayımı uçun bu radiodalğaların hansından istifadə olunur? Bəs naqilsiz
kompüter şəbəkələrində?
- Nə üçün metallar radiodalğaları buraxmır?
İnformasiya texnologiyalarının bir növü də naqilsiz və ya simsiz (wireless)
texnologiyalardır. Bu texnologiya informasiyanın bir-birindən müəyyən məsafədə
yerləşmiş və aralarında naqilli bağlantı olmayan iki nöqtə arasında ötürülməsinə xidmət edir.
İnformasiyanın ötürülməsi üçün radiodalğalardan, eləcə də infraqırmızı,
optik və ya lazer şüalanmasından istifadə edilə bilər.
Naqilsiz şəbəkələrdə iki iş rejimi nəzərdə tutulub: "ad hoc" və "infrastruktur". "Ad hoc"
(latın dilindən tərcümədə "xüsusi olaraq bunun üçün", "bu hal üçün" deməkdir)
rejimində kompüterlər heç bir ümumi qurğu olmadan bir-birinə bağlanır. "İnfrastruktur"
rejimində kompüterlər arasında əlaqə erişim nöqtəsi (access
point) adlanan xüsusi
proqram-aparat qurğusu vasitəsilə həyata keçirilir. Erişim nöqtəsi toparlayıcıya (yaxud
naqilli yönləndiriciyə) qoşulur və siqnalları göndərir. Bu yolla kompüterlər və başqa
qurğular simsiz olaraq naqilli şəbəkəyə qoşulmaq imkanı əldə edir.
Simsiz şəbəkə texnologiyalarının ən məşhur və ən geniş yayılmış
növü Wi-Fi standartı ("Wireless Fidelity" - "naqilsiz dəqiqlik"
sözlərinin qısaltması olub "vay-fay" kimi tələffüz olunur) və ya
IEEE 802.11 standartıdır. Bu standartın aşağıdakı növləri
vardır:
802. 11a, 802.11b, 802.11g, 802.11n və s. Bunlar bir-birindən tezlik
diapazonuna və verilənlərin ötürülmə sürətinə görə fərqlənir. Mobil istifadəçilərin
lokal şəbəkəyə və İnternetə simsiz bağlanması üçün, əsasən, bu texnologiyadan
istifadə edilir. Wi-Fi texnologiyası 1998-ci ildə Avstraliyanın Kanberra şəhərində
yerləşən CSIRO (Commonwealth Scientific and Industrial Research Organisation)