Tanış olmayan sözlər | Mənası | Öz sözümüzdür | Alınma sözdür |
Maraqlı hesab etdiyim məcazlar və onların növü |
Bu məcazları maraqlı hesab etməyimə səbəb nədir? |
Üçüncü və dördüncü şəkillərin qısa məzmunu. İbrahim xan qonşu dövlətlərin təzyiqlərindən narahatdır. Vaqifdən məsləhət almaq istəyən xan ondan məzəmmət eşidir; vəzir xanı zalımlıqda, xalqla ədalətsiz rəftar etməkdə günahlandırır.
Vaqifin Qacara yazdığı sərt cavab məktubu göndərilir.
Qızına baş çəkməyə gələn Əminəni Vaqifin evindəki mehribançılıq sevindirir. Xuraman isə başqa cür fikirləşir. Vaqifin fikirli-düşüncəli davranışı, var-dövlətə biganə olması onu açmır. İbrahim xandan göstəriş alan qarı və Şeyx, Xuramanı Vaqifdən boşanaraq İbrahim xana ərə getməyə razı salırlar. Əhvalatdan xəbərdar olan Gülnar Xuramanın qərarını Vaqifə bidirir. Vaqif sarsılır, lakin Əli bəyin Xuramanı cəzalandırmasına icazə vermir.
Beşinci və altıncı şəkillərin qısa məzmunu. Ordugahında Qarabağ xanından cavab gözləyən Ağa Məhəmməd şah Qacarı Vaqifin yazdığı məktubun məzmunu hiddətləndirir. Şuşanın təslim edilməyəcəyini bilən Qacar qəzəbini soyutmaq üçün əsir gürcü qardaşlarını bir-biri ilə vuruşmağa məcbur edir. Qarışıqlıqdan istifadə edən qapıçı gürcü əsirlərinin - Tamaranın və qardaşların qaçmasına imkan yaradır. Onlar dağlarda məskən salan qaçaq Eldarın dəstəsinə rast gəlirlər. Eldar gürcüləri hörmətlə qarşılayıb qonaq edir, sonra vətənlərinə yola salır. Əli bəy vasitəsilə Vaqifdən sifariş alan Eldar Qacarın qoşununa hücuma keçir.
Dağlıqdır, arxada şiddətli top səsləri, tüfəng səsləri eşidilir. Dağ arxasından, Qacarın ordusu tərəfindən yandırılmış kəndin alovları göyə qalxır. Uzaqdan arvad-uşaq fəryadları eşidilir.