İ ş t i r a k e d ə n l ər:
Va q i f- XVIII əsrin məşhur Azərbaycan şairi
A ğ a M ə h ə m m ə d ş a h Q a c a r
-İran hökmdarı
V i d a d i - Vaqifin müasiri və yaxın şair dostu
İ b r a h i m x a n - Qarabağ xanı
E l d a r - xanlıq zülmü və Qacar basqını əleyhinə üsyan qaldırmış kəndlilərin başçısı
K ü r d M u s a, A r ş ak - Eldarın dəstəsindən
X u r a m a n - Vaqifin arvadı
Ə l i b ə y - Vaqifin oğlu
G ü l n a r - Əli bəyin sevgilisi
Ə m i n ə - Gülnarın anası
T ü k ə z b a n - Vidadinin arvadı
V ə z i r - Qacarın vəziri
T ə l x ə k -İbrahim xanın təlxəyi
Ş a l i k o, T a m a r a, k i ç i k g ü r c ü - Qacar tərəfindən əsir alınmış gürcülər
Ş e y x A l ı - Qarabağ şeyxi
İ l y a s - Eldarın dəstəsinə soxulmuş casus
S ə r k ə r d ə - Qacar qoşunlarının sərkərdəsi
Z ü l f ü q a r, T e y m u r - Qacarın əleyhdarlarından
Ə h m ə d k i ş i, Q u r b a n k i ş i - kəndlilər
Q a s ı m, M u r a d - çobanlar
Kəndlilər, qaçaqlar, əsgərlər, elçilər və b.
BİRİNCİ PƏRDƏ
Birinci şəklin qısa məzmunu. Vidadinin namaz
üstündəki sözlərində, arvadı
Tükəzbanla söhbətində zəmanədən narazı olduğu aydın duyulur. Cavad xanın
elçiləri Vidadini saraya dəvət edirlər. O, dəvəti qəbul etmir. Qarabağ xanının
sarayında yaşayan Vaqif gözlənilmədən gəlir. İki dost səmimi görüşür. Vaqif
kəndlilərlə mehriban söhbət edir. Hiss olunur ki, Vaqifin ürəyi xalqın yanındadır.
Vaqif gəlişinin səbəbini açıb söyləyir; o, Vidadini və Tükəzbanı Əli bəyin
toyuna dəvət edir. Vidadi dəvəti qəbul edir.
İKİNCİ ŞƏKİL
Şuşa qalası. Xan sarayı. Vaqifin evi. Toy məclisi, oyun. İbrahim xan yanında da
adamları gəlir. Hamı qalxıb, xana baş əyir.
İ b r a h i m x a n.
Çox gözəl, Vaqifi çağırın görək...
Bəy öz toyunda oynasın gərək!
Əli bəy oynayır. Vaqif gəlir.
İ b r a h i m x a n.
Vəzir, xeyir işiniz xeyli mübarək!
Ağ günlərə çıxsın sizin Əli bəy!
Ancaq çıxarmasın bizi yadından...
V a q i f.
Görək, bu növrağı pozmasa zaman..
İ b r a h i m x a n.
Yenə də şikayət? Gəl inan ki, sən
Nə qədər mən sağam, kef edəcəksən!
Eşikdə tüfəng atılır və "ura" səsləri ucalır, gəlini
gətirirlər.