Əsərdə əhatə edilən məsələlər, bədii həlli verilən problemlər
çoxdur. Bu, faciənin ideyaca zəngin olduğunu təsdiq edir. Mədəni
gerilik, inkişafa qənim kəsilənlərin güclü olması, xalq mənafeyini uca tutanların, yenilik uğrunda
Əsərdəki başlıca fikir - ideya nədir?
mübarizə aparanların
böyük maneələrlə üz-üzə gəlməsi, qadın hüququ və s. əsərin
ideyasının əsasında dayanır. Faciənin bütövlükdə ideya-məzmunu
xeyirxahlıq, dostluq, ailə münasibətləri ilə bağlı mənəvi dəyərlər
barədə geniş danışmağa imkan verir.
Mənbələr üzrə aparılan araşdırma obrazların, əsərin ideyasının, və
bədii xüsusiyyətlərinin ətraflı aydınlaşdırılmasına səbəb olur.
• EVDƏ İŞ
ARAŞDIRMANI
DAVAM
ETDİRİN
1.
Sinifdə öyrəndiklərinizi göstərilən mənbələrdən topladığınız
məlumat əsasında zənginləşdirin və tamamlayın.
2.
Araşdırma apararkən aşağıdakı sualların cavablarını da əhatə
etməyə çalışın:
a) Əsərin ideya-məzmunu hansı mənəvi
dəyərlər barədə danışmağa imkan verir?
b) Əsərin dili üçün səciyyəvi olan
cəhətlər hansılardır?
c) Obrazların nitqinə əsasən
müəllifin mövqeyini müəyyənləşdirmək mümkündürmü? Fikrinizi
nümunələrlə əsaslandırın.
Obrazların nitqindən
nümunələr
|
Yazıçının bu obrazlarla bağlı
mövqeyi
|
|
|
d) Faciənin kompozisiya
mükəmməlliyini necə əsaslandırarsınız?
3.
Yazılı qeydlər əsasında şifahi təqdimata hazırlaşın.
1.
Azərbaycan dramaturgiyası antologiyası. 4 cilddə. I cild.
Bakı: Şərq-Qərb, 2007, səh. 14-15.
• IV dərs
• TƏTBİQ
•
MÜZAKİRƏ
• YARADICI İŞ
1.
Təhlil xarakterli inşa və esse ilə bağlı mənimsədiyiniz bilik
və baçarıqları yadınıza salıb yığcam müzakirə aparın.
2.
Mövzulardan birini seçib işləyin.
a) "Oqtay Eloğlu” əsərinin təhlili”
mövzusunda inşa.
b) "Oqtayın Firəngizi qətlə
yetirməsinə haqq qazandırmaq olarmı?” mövzusunda esse.
3.
İşin icrasına ayrılan vaxt tamamlandıqdan sonra parta yoldaşınızla yazılarınızı dəyişib
oxuyun. Uğurlu saydıqlarınızı və arzunuzu
— nələri artırmağı və dəyişməyi lazım bildiyinizi qeyd edin.
4.
Təqdimatlar etməklə yazılardan nümunələri müzakirə edin.
1.
Yazı işlərinizi təkmilləşdirib təqdimata hazırlaşın.
2.
"C.Cabbarlının hekayə yaradıcılığı” mövzusunda yığcam məqalə yazın.