• III dərs
• TƏHLİL
ÜZRƏ İŞ
Aşağıdakı qaydalara əməl etməklə tapşırıqları yerinə yetirin.
1.
Mətni oxuyun (bunu səssiz oxu, səsli oxunun dinlənilməsi və s. şəklində yerinə yetirə
bilərsiniz). Sizi düşündürən suallarla bağlı
parta yoldaşınızla fikir mübadiləsi aparın.
2.
Mətnkənarı sualların cavablarını ümumiləşdirib bir neçə cümlə ilə yazın.
Mətnkənarı suallar
|
Onların ümumiləşdirilmiş cavabı
|
|
|
3.
Kiçik qruplarda birləşib qənaətlərinizi bölüşün, gəldiyiniz nəticələr barədə təqdimatlar
əsasında müzakirə aparın.
4.
Aşağıdakı sualla bağlı mövqeyinizi müəyyənləşdirib diskussiya
aparın:
Oqtayın əsl faciəsi nədir?
5.
Aşağıdakı suallarla bağlı fikrinizi dəqiqləşdirib debata qoşulun:
Müəllif Oqtay obrazı ilə oxuculara nə təlqin edir? Oqtay örnək ola
bilərmi?
(Debatın gedişində mövqeyinizi dəyişib fərqli fikirdə olan tərəfə keçə
bilərsiniz.)
6.
Öyrəndiklərinizə hansı məzmunda əlavələr etməyin lazım olduğunu
bəndlər şəklində yazın.
Faciə hansı mövzuda yazılmışdır?
C.Cabbarlının bu mövzuya müraciət etməsinə səbəb nədir?
Mədəni tərəqqi, inkişaf etmiş xalqlarla bir
cərgədə dayanmaq arzusu C.Cabbarlının, demək
olar, bütün əsərlərində bu və ya digər dərəcədə
ifadə olunmuşdur. Yazıçının bu məsələyə xüsusi önəm verməsi təsadüfi deyildi; düşüncələrdə
geriliyin güclü
olduğu, "yüksək” təbəqə nümayəndələrinin əksəriyyətini yalnız
mənsəb, var-dövlət maraqlandırdığı bir zəmanədə xalqın həqiqi mənafeyi uğrunda çarpışan insanların
sayı az, qarşılaşdıqları maneələr çox idi. "Oqtay
Eloğlu” (1922) əsərində bir sıra ciddi problemlərin bədii həlli ilə yanaşı, müəllifin mədəni
inkişafla bağlı arzusu da qabarıq əks olunmuşdur. Araşdırma əsərin
mövzusu, yazıçının məhz bu mövzuda əsər yazmasının səbəbləri barədə dolğun
təsəvvür qazanmağa imkan verir.
Faciədəki obrazlar hansı səciyyəvi
xüsusiyyətləri ilə diqqəti cəlb edir?
Faciədə diqqəti daha çox cəlb edən, oxucunu
— tamaşaçını dərindən düşündürən Oqtay, onun fəaliyyəti və uğursuz sonluqla bitən taleyidir.
Milli teatr yaratmağı qarşısına məqsəd qoyan
Oqtay ciddi çətinliklərlə qarşılaşır. Maddi imkansızlıq, həmkarlarının çoxunun
həqiqi sənətdən uzaq olması, köhnəfikirli adamların töhməti, təhqiri, dost-tanışın, qohum-əqrəbanın
ondan üz çevirməsi bu iradəli, istedadlı aktyoru ruhdan
salmır. Şəxsi həyatını, rahatlığını büsbütün unudan Oqtay xalqın mənafeyi uğrunda hər kəsin
bacardığını etməsini vacib sayır, gələcəyin tələb etdiyi inkişafın
qarşısında "bu yazıq xalqı tək buraxıb qaçmağı” özünə layiq bilmir... Firəngizlə
tanışlığı, bu səmimi qıza olan sevgisi Oqtaya yeni güc, yaradıcılıq həvəsi verir,
onu daha qətiyyətli edir. Yeniliyi sözdə qəbul edən, Oqtay kimi namuslu sənət
adamlarına, teatra alçaq nəzərlə baxan, sərvət, şöhrət qulu olan Aslan
bəy Firəngizi Oqtaydan ayırır, özünün mənsəb məqsədlərinə qurban verir.
Oqtay sarsılır, lakin bunun səbəbini Firəngizin "xəyanəti” ilə izah etmək doğru olmaz. Bunun dərin ictimai səbəbləri var; pul, "altun dünyasındakı” yalan və sünilik, həqiqət axtarışı və həqiqətsizliyə nifrət "yatmış xalqına bahar nəğməsi
oxuyan” Oqtayın düşüncəsində, şüurunda ikiliyin, ziddiyyətin yaranmasına,
nəticədə "müvazinətini itirməsinə” səbəb olur.