Əsərin ardını — ikinci, üçüncü və dördüncü pərdələri oxuyun,
onlarda əksini tapmış mühüm fikirləri müəyyənləşdirib qısaca
yazın.
2.
Tanış olmayan sözlərin mənasını və məcazları müəyyənləşdirməyə
çalışın.
3.
Mənasını aydınlaşdırdığınız sözlərin alınma, yaxud dilimizə
aid olduğunu əsaslandırın.
Tanış olmayan sözlər
Mənası
Öz sözümüzdür
Alınma sözdür
4.
Yazılı qeydlər əsasında şifahi təqdimata hazırlaşın.
• II dərs
• MƏZMUN
ÜZRƏ İŞ
1.
Kiçik qruplarda birləşərək evdə oxuduğunuz pərdələrin məzmunu,
tanış olmayan sözlər və məcazlarla bağlı qənaətlərinzi
bölüşün.
Maraqlı hesab etdiyim məcazlar və onların növü
Bu məcazları maraqlı hesab etməyimə səbəb nədir?
2.
Gəldiyiniz nəticələr barədə təqdimatlar əsasında fikir
mübadiləsi və müzakirə aparın.
3.
Müzakirədə aşağıdakı sualları da əhatə etməyə çalışın.
- Tamaşa ilə bağlı məqalə aktyorlar haqqındakı təsəvvürünüzə nə
əlavə etdi?
- Səhnə yoldaşlarının Oqtay barədə fikirləri düşüncələrinizdə
hansı dəyişiklik yaratdı?
- Səməd-Oqtay dialoqu bildiklərinizə yeni nə əlavə etdi?
- Firəngizin Oqtaya münasibətini və bu qızın ailəsindəki
vəziyyəti necə təsvir edərsiniz?
- Firəngizin "xəyanəti" barədə Oqtayda hansı düşüncələr
yaranır?
- Qardaşı sürgün edilən Sevər hansı taleyi yaşayır, onun taleyi
fərqli ola bilərdimi?
- Oqtay "dostları" ilə - Səməd və Xaspolatla, eləcə də Muxanla
söhbətində daha çox hansı niyyətini vurğulayır, buna səbəb nə
idi?
4.
Üzərində işlədiyiniz pərdələrin birindən seçdiyiniz hissənin məzmununu hazırladığınız plan əsasında yaradıcı nağıl edin.
• EVDƏ İŞ
1.
Əsərin ardını — beşinci, altıncı pərdələri oxuyun. Onların məzmununu ümumiləşdirib bir neçə cümlə ilə yazın.
2.
Tanış olmayan sözlərin mənasını və məcazları müəyyənləşdirməyə
çalışın.
3.
Mənasını aydınlaşdırdığınız sözlərin alınma, yaxud dilimizə aid olduğunu əsaslandırın.
Tanış olmayan sözlər
Mənası
Öz sözümüzdür
Alınma sözdür
4.
Beşinci pərdənin məzmununu yaradıcı danışmağı öyrənin
.