OQTAY ELOĞLU
(ixtisarla)
• I dərs
• MƏZMUN
ÜZRƏ İŞ
OXUYA HAZIRLAŞIN
Sualların üzərində düşünün, cavablarınızı cədvəldə qeyd etdikdən
sonra fikir mübadiləsi və müzakirə aparın.
- Özünün və ailəsinin rahatlığını, səadətini xalqının mənafeyinə qurban
verən insanlar haqqında eşitmisinizmi?
Bu insanları şəxsən tanıyırsınızmı?
|
Belə insanlar barədə nə
düşünürsünüz?
|
|
|
- Bu əqidədə olan hansı ədəbi qəhrəmanları tanıyırsınız?
Tanıdığım ədəbi qəhrəmanlar
|
Onlarda dəyərləndirdiyim cəhətlər
|
|
|
Aşağıdakı qaydalara əməl etməklə əsərdən verilmiş parçanı oxuyun.
1.
Əsərdən bir səhifə həcmində mətn rollar üzrə oxunur.
2.
Müəyyənləşdirilmiş cütlər mətni oxuyanlara suallar verir. Cavablar
cütləri qane etməsə, digər şagirdlərin cavabları dinlənilir, bu, ortaq
məxrəcə gəlincəyə qədər davam edir.
3.
Cütlər və mətni oxuyanlar əvəz edilir, sonrakı səhifələrin oxusu da bu
qayda ilə davam etdirilir.
4.
Nəzərdə tutulan parçanın oxusu başa çatdırıldıqdan sonra seçilmiş
hissələrin məzmununu bir neçə şagird iki formada - yığcam və geniş
nağıl edir.
• Unutmayın:
Suallar əsərdəki əsas fikirlərin aydınlaşdırılmasına, faktların dəqiqləşdirilməsinə,
nəticələrin çıxarılmasına imkan
yaratmalıdır.
İ ş t i r a k e d ə n l ə r:
Oqtay Eloğlu
Firəngiz
Sevər
Səməd bəy
Gülgəz
Hacı Zaman
Aslan bəy
Nadya
Nərgiz
Tamara
Xaspolat
Mazandaranski
Şaqqulu
Şəkinski
Dursun
Muxan
Elxanlı
Rüstəm
Özdəmir
Şvarts
Moor
BİRİNCİ PƏRDƏ
Səhnənin arxası. Solda Oqtayın bəzənəcəyi... Aktyorlar "Gavə" qiyafələrində oraya-buraya gedirlər.
N a d y a. Firəngiz, qoy pərdə qalxsın, Aslan bəy lojada otursun. Sonra
gələrik, yoxsa bizi burada görərlər. Hələlik Oqtay da məşğul olar.
F i r ə n g i z. Yaxşı, Nadya, bu gün daha utanmayacağam, gələcəyəm.
N a d y a. Mən səni gətirərəm. Hələ gəl. (Gedirlər.)