- Molla Nəsrəddin - Cəlil Məmmədquluzadə... bu adın özü ədəbiyyatımıza sima və sifət verən
simvol olmuşdur. Bu ad çəkildimi, ədəbiyyatda siyasi ideyaların çarpışması dövrü, müasir,
mübariz, həqiqi həyat ədəbiyyatının güclü və cəsarətli bir
axınla hücuma keçməsi dövrü təsəvvürdə canlanmış olur.
(Mir Cəlal)
- Romantiklər realistlərdən fərqli olaraq, sənəti, ədəbiyyatı birinci növbədə canlı, real
həyatla deyil, ideyalar və "işıqlı" fikirlərlə əlaqələndirirdilər... Vətənpərvərlik,
müstəmləkə zülmü
əvəzinə, milli azadlıq ideyalarının tərənnümü, bəşəriyyətin və
eləcə də mənsub olduqları xalqın azad gələcəyinə, ağıl və kamalın qüdrətinə inam, elmin,
maarifin təbliği romantiklərin
əsərlərinin əsas mövzusunu təşkil edir. Onların ilham mənbələrindən biri də vətən, millət
sevgisidir.
(Məmməd Cəfər Cəfərov)