Sosialist realizmi sovet ədəbiyyatının əsas yaradıcılıq metodu kimi qəbul olunmuşdu. Başlanğıc mərhələdə, yəni 1920-1930-cu illərdə yeni ideologiya realist və romantik ənənə ilə yanaşı mövcud olmuşdur. Lakin sovet dövlətinin həyata keçirdiyi proletkultçuluq kampaniyası sosializm ruhunda yazan cavan nəslin ön mövqeyə çıxmasına imkan yaratdı. Ədəbi mühitdə böyük nüfuz sahibi olan sənətkarların 1937-ci il repressiyası zamanı sıradan çıxarılması ilə bu proses başa çatmışdır.
Sovet hakimiyyəti illərində yaranan bədii əsərlərdə qələm sahibləri ideoloji tələblərə uyğun olaraq, sinfilik prinsipinə daha çox əməl etməli olmuşlar. Nəticədə tarixi keçmişdən bəhs edən bədii əsərlərdə bəy-xan nəsillərinin nümayəndələri əksər hallarda düşmən obrazı kimi göstərilir, fəhlə-kəndli sinfi ədəbiyyatın əsas
Ədəbiyyatın baş mövzusu təsərrüfat və istehsalat sahəsi olsa da, sənətkarlar imkan daxilində qəhrəmanlarının mənəvi-insani münasibətlərinə, məhəbbət duyğularına da müəyyən yer ayırırdılar. Bir çox sənətkarlar ölkəsinin və xalqının azadlığından söz açmaq üçün xarici ölkələrin, xüsusən Afrika xalqlarının həyatından bəhs edən əsərlər yazırdılar. Bu yolla onlar öz ölkələrinin gələcəyinə işıq salırdılar. İstedadlı sənətkarlar sovet vətənpərvərliyi ideyasından yararlanıb doğma vətən, onun təbii gözəllikləri, tarixi ənənələri barədə ciddi əsərlər yaza bilirdilər.
XX əsrin altmışıncı illərindən sonra ölkədə siyasi mühit bir qədər dəyişmiş, sosialist realizmi yaradıcılıq metodu "yaşasa” da, gerçək ədəbiyyat üstünlük qazana bilmişdir. Beləliklə, sovet dövrü Azərbaycan ədəbiyyatını iki istiqamətə ayırmaq olar: