SOVET DÖVRÜ AZƏRBAYCAN ƏDƏBİYYATI
(1920-1991-ci illər)
Azərbaycan ədəbiyyatında sosialist realizmi mərhələsi
(1920-1960-cı illər)
•ARAŞDIRMAYA
HAZIRLAŞIN
Sovet dövrü Azərbaycan ədəbiyyatı haqqında bildiklərinizi yada salıb
yığcam müzakirə aparın. Tarix, coğrafiya dərslərində bu dövrlə bağlı
qazandığınız biliklərdən istifadə edin.
Mətni oxuyun. Aşağıdakı tapşırıqları fərdi olaraq yerinə yetirin.
1.
Mətnkənarı sualların cavablarını ümumiləşdirib yazın.
Mətnkənarı suallar
|
Onların ümumiləşdirilmiş cavabı
|
|
|
2.
Oxu zamanı sizi düşündürən sualları qeyd edin. Cavabları müzakirədə dəqiqləşdirib yazın.
Məni düşündürən suallar
|
Onların cavabı
|
|
|
3.
Kiçik qruplarda birləşərək qənaətlərinizi bölüşün.
4.
Təqdimatlar etməklə gəldiyiniz nəticələr barədə fikir mübadiləsi və
müzakirə aparın. Müzakirədə aşağıdakı fikirlərə münasibət bildirin:
— Sənətkar azadlığının... ilkin şərti ondadır ki, həmin sənətkarın istedadı
onun yaradıcılığının estetik təmayülünü, yönünü müəyyən edir... Sovet
dövrü ədəbiyyatının... bədii-estetik faciəsi onda idi ki, fərdi səciyyəli bu
seçimi istedadlar yox, sistem etmişdi: sosrealizmi məcburi ədəbi metod
kimi hakimliyə gətirmişdi.
(Elçin)
— Ədəbiyyatın müxtəlif nəsillərdən olan yaradıcılarını qarşı-qarşıya qoymaqla, H.Cavidin, Ə.Cavadın əsərlərinə qarşı mübarizəni genişləndirməklə tənqid ədəbi prosesin birtərəfli — yalnız sovet proletar ideologiyası istiqamətində inkişafını mümkün hesab edir, ədəbiyyatın digər
cərəyanlarının qarşısına keçilməz sədlər çəkirdi.
(Şamil Salmanov)
Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra ədəbi-bədii düşüncədəki milli və maarifçi idealların, demokratik baxışların yerini tədricən sosialis ideyaları əvəzləməyə başladı. Bədii
Azərbaycanda sovet hakimiyyəti
qurulduqdan sonra ədəbi həyatda, hansı dəyişikliklər baş verdi?
ədəbiyyatda
bolşevik ruhunun bərqərar olması üçün aparılan
siyasət yeni quruluşu tərənnüm edən əsərlərin
yazılmasını başlıca vəzifə hesab edirdi. XX əsrin
20-ci illərindən etibarən bir sıra gənc yazıçılar kommunist rejiminin ədəbiyyatla bağlı