• II dərs
• TƏHLİL
ÜZRƏ İŞ
KİÇİK QRUPLAR YARADARAQ TAPŞIRIQLARI YERİNƏ YETİRİN
1.
Mətnkənarı sualları qrupların arasında bölün.
Qrupların sayı çox olarsa, iki qrup bir sualın üzərində işləyə
bilər.
2.
Suallara yığcam cavab yazın. Bədii
əsərin məzmunu ilə bağlı öyrəniklərinizdən bəhrələnin.
Mətnkənarı suallar |
Onlara hazırlanan cavablar |
|
|
3.
İşin icrasına ayrılan vaxt başa çatdıqdan sonra mətnkənarı
sualların dərslikdəki cavablarını oxuyun və yazdıqlarınızla
müqayisə edin.
№ |
Müqayisə olunanlar |
Müqayisə üçün əsaslar |
|
|
|
|
|
|
|
|
|
|
4.
Gəldiyiniz nəticələri və əlavə olaraq nələri öyrənməyin vacib
olduğunu təqdimatlar əsasında müzakirə edib bəndlər şəklində
yazın.
Şeir hansı mövzuda yazılmışdır? Şairin bu mövzuya müraciət
etməsinin səbəbini nə ilə izah edərsiniz?
Cənubi Azərbaycanda yaşayan soydaşlarımızın təzyiqlərə, basqılara
məruz qalmaları halları az olmamışdır. Mənəvi varlığımız,
adət-ənənələrimiz, dilimiz barədə şovinist dairələrin böhtanları
cavabsız qalmamışdır. Şah dövründə ana dilimizin sıxışdırılması,
bu dildə danışmağın qadağan edilməsi
M.Şəhriyar kimi sənətkarları hiddətləndirməyə bilməzdi. “Türkün
dili” şeirinin yaranmasının bir səbəbi də bu idi. Şair bu dildən, bu
dildə yaranan kamil sənət əsərlərindən digər xalqların, onların
sənətkarlarının bəhrələndiyini özünəməxsus məntiqlə diqqətə çatdırır.
Mənbələrin araşdırılması şeirin yaranma səbəbləri, mövzusu barədə
əhatəli məlumat mənimsəməyə, doğru nəticə çıxarmağa imkan verir.
Şeirdə daha çox önəm verilən məsələlər hansılardır?
Şairin qənaətinə görə, Azərbaycan dili əsil ana dili kimi bu dildə
danışanlar üçün əziz və istəklidir. Bu dil calaq sevmir, başqa bir
dilə qatılmaq onun təbiətinə yaddır. O elə qüdrətlidir ki, belə
bir cəhd onun əsilliyində, varlığında özünü dərhal göstərər və qəbul edilməz. Bu dildə yazıb-yaradanlar
onun təmizliyini, saflığını
qoruyub saxlamağa borcludurlar.
Şairin fikrincə, dilə qadağa qoymaq onun inkişafının qarşısına sədd
çəkmək deməkdir. Azərbaycan dili zəngin olduğu kimi, xalqımızın
folkloru, ədəbiyyatı da zəngindir, bunu danmaq, onun inkişafını
ləngitmək qeyri-mümkündür...
Mənbələri öyrənməklə, mətnə yenidən müraciət etməklə şeirdə əksini
tapmış digər mətləbləri aydınlaşdırmaq və dəyərləndirmək mümkündür.
Şeirdə bədiiliyin artmasına hansı vasitələrlə nail olunmuşdur?
M.Şəhriyarın ana dilində yazdığı əsərlərinin içərisində "Türkün
dili” şeirinin xüsusi yeri var. Bu təkcə o dövrdə dövlətin
yeritdiyi ədalətsiz siyasətə cəsarətli etirazla bağlı deyildir.
Bunun bir mühüm səbəbi də şeirin yüksək sənətkarlıqla
yazılmasıdır. Əsər ilk növbədə dilinin aydınlığı, sözlərin seçimi
ilə diqqəti çəkir. Şeirdə eyni bir sözün təkrarı fikrin daha qabarıq
ifadəsinə imkan yaratdığı kimi, güclü ahəngin yaranmasına da səbəb
olur. Birinci beytdəki "dil”, "əsil”, sonrakı beytlərdə işlədilən
"şair”, "insan”, "zəlil” və s. bu qəbildəndir. Sözlərin həmcins üzv
məqamında (ötməz, oxumaz), eləcə də fərqli mənalı kəlmələrin
(oxuyanlar, eşidənlər) ardıcıl işlənilməsi, ona həm məna dərinliyi,
həm də təkrarsız ahəng gözəlliyi gətirmişdir.