M.Şəhriyar Təbrizə qayıtdıqdan sonra ibtidai və orta təhsilini davam etdirmişdir. Hələ məktəbdə oxuyarkən ilk qələm təcrübələrini yazan Şəhriyarın "Ədəb” adlı dərgidə Behcət təxəllüsü ilə şeirləri çap olunmuşdur. O, təhsilini davam etdirmək üçün Tehrana getmiş, bir müddət darülfünunda oxumuşdur. Klassik Azərbaycan və Şərq ədəbiyyatını ardıcıl mütaliə edən gənc Şəhriyar bədii yaradıcılığa ürəkdən bağlanmışdır. Tibb Universitetində oxuduğu müddətdə (1924-1929) onun üç kitabı çap olunmuşdur. Gənc şairin 1929-cu ildə işıq üzü görən üçüncü kitabı ədəbiyyata parlaq istedad sahibinin gəldiyini təsdiq etdi.
Təhsilini başa vurmağa bir neçə ay qalmış Şəhriyar universiteti tərk etmişdir. Sevdiyi qızla bağlı
Onun "Həzin nalələr”, "Odda yanan pərvanə”, "Dəli Pəri” və s. şeirlərində isə nakam məhəbbətinin üzüntüləri əks olunmuşdur. Altı ilə qədər Xorasan əyalətində sürgün ömrü yaşayan şairin "Nişapurda günəş batarkən”, "Kəmalülmülkün ziyarəti” kimi maraqlı əsərləri meydana çıxır.
M.Şəhriyar 1935-ci ildə Tehrana gəlib bankda işə düzəlir. Atasının vəfatından sonra böyük bir ailənin qayğısını çəkməli olan şair sıxıntı içində yaşayır. Onda tədricən yaranan ruh düşkünlüyü, mənəvi sarsıntı ağır xəstələnməsinə səbəb olur. Bu xəstəlik uzun sürsə də, ana qayğısı onu yenidən həyata qaytarır. Oğluna qulluq etməyə gələn Kövkəb xanımın doğma el-obadan, xalq ədəbiyyatından təsirli söhbətləri görkəmli sənətkarın həm ruhunu təzələmiş, həm də onu ana dilində yazıb-yaratmağa sövq etmişdir. Şəhriyar bu mərhələdə fars dilində yazdığı kamil şeirlərlə ədəbi mühitdə bir daha parlamış, zəmanəsinin Hafizi adını qazanmışdır.
Şair 1940-cı illərin ortalarından sonra İranda Azərbaycan dilinin fəaliyyət dairəsinin məhdudlaşdırılmasından, milli ayrı-seçkiliyin qüvvətlənməsindən narazı qalmış, mövqeyini açıq bildirmişdir. Bütün bunlar ona olan laqeyd, qısqanc münasibətin daha da güclənməsinə səbəb olmuşdur. Lakin şair qələmi yerə qoymamış, bir-birindən maraqlı sənət əsərləri yaratmaqda davam etmişdir. Mövzu dairəsi geniş olan sənətkarın ən təsirli əsərləri Azərbaycan haqqındadır. Onun Azərbaycana həsr olunmuş şeirlərində Vətənin şanlı tarixi və böyük istiqbalı, taleyi və müqəddəratı özünün mükəmməl bədii əksini tapmışdır. Ustadın "Azərbaycan” şeiri otaylı-butaylı Azərbaycanda həmin mövzuda yazılmış şah əsərlərdən biridir:
Şəhriyar milli-mənəvi düşüncənin bütövlüyünü, qarşılıqlı əlaqələrin yaranması ideyasını da böyük cəsarətlə şeirə gətirmişdir. Bu fikirlər M.Rahimə, S.Rüstəmə və b. ünvanlanmış mənzum məktub və ithaflarda da əksini tapmışdır. Şimal ədəbiyyatındakı Cənub həsrətini Şəhriyarın yaradıcılığındakı o tay harayı, Bakı soraqlı mövzular əvəz etmişdir. Şairin "El bülbülü”, "Döyünmə -