CƏNUBİ AZƏRBAYCAN
ƏDƏBİYYATI
Böyük vətənpərvər şairimiz Məhəmmədhüseyn Şəhriyarın poeziyası
dövrün ictimai, siyasi, fəlsəfi və ədəbi düşüncələrinin
əksidir. Şair xalq həyatının dərinliklərinə enmiş, zamanın
kəskin ictimai təzadlarının, şərin, ədalətsizliyin, mənəvi
məhkumiyyətin faciələrini poeziyasının rəvan, aydın və təsirli
dili ilə dünyaya car çəkmişdir.
Ümummilli lider Heydər Əliyev
Məhəmmədhüseyn Şəhriyar
(1905-1988)
MƏHƏMMƏDHÜSEYN ŞƏHRİYARIN HƏYATI,
YARADICILIQ YOLU
•ARAŞDIRMAYA
HAZIRLAŞIN
1.
M.Şəhriyar haqqında bildiklərinizi yada salıb yığcam müzakirə
aparın.
2.
Aşağıdakı qaydalara əməl etməklə mətnin üzərində işləyin.
1.
Kiçik qruplara ayrılın. Mətnkənarı suallarla bağlı (iki qrup
eyni bir sualın üzərində işləyə bilər) cavabları oxuyun,
məzmununu ümumiləşdirib bir neçə cümlə ilə yazın.
Mətnkənarı suallar |
Onların ümumiləşdirilmiş cavabı |
|
|
2.
Təqdimatlar etməklə hər sualla bağlı ümumiləşdirmələrə münasibət bildirin və müzakirə
aparın.
3.
Mətnin bütövlükdə oxusunu başa çatdırdıqdan sonra öyrəndiklərinizlə bağlı gəldiyiniz
nəticələri təqdimatlar əsasında müzakirə
edin.
4.
Araşdırılmasını, zənginləşdirilməsini vacib saydığınız məsələləri
bəndlər şəklində yazın.
Məhəmmədhüseyn Şəhriyar Təbriz şəhərində tanınmış məhkəmə vəkili Hacı
Mirağanın ailəsində dünyaya gəlmişdir. Onun uşaqlığı ata-baba yurdunda: Xoşginabda, Heydərbaba
dağının ətəklərində keçmişdir. Bu yerlərin sadə, səmimi insanları, təkrarsız təbii gözəllikləri
balaca Şəhriyarın yaddaşında silinməz iz buraxmışdır. O, burada ilk dəfə məktəbə getmiş, ibtidai
təhsil almışdır.
M.Şəhriyarın uşaqlığı, gənclik illəri
və yaradıcılığının ilk dövrü üçün
daha önəmli olanlar nədir?