Bu deyilənləri diqqət mərkəzində saxlamaqla mənbələrin
araşdırılması, poemanın bir daha nəzərdən keçirilməsi əsərin
ideyasının əhatəli şərh edilməsinə imkan verir.
• EVDƏ İŞ
ARAŞDIRMANI
DAVAM
ETDİRİN
1.
Sinifdə öyrəndiklərinizi göstərilən mənbələrdən topladığınız
məlumat əsasında zənginləşdirin və tamamlayın.
Məlumatın əldə edildiyi
mənbə
|
Məlumatın məzmunu və aid olduğu
mətnkənarı sual
|
|
|
2.
Araşdırma apararkən aşağıdakı sual və tapşırıqların
cavablarını geniş əhatə etməyə çalışın:
a) Döyüşün getdiyi ərazini, məğlub
olmuş şəhərin və əhalinin vəziyyətini ətraflı şərh etməkdə
şairin məqsədi nədir? Fikrinizi təsdiq edən nümunələr
göstərin.
b) Saranın cəsarətli addım
atmasının əsl səbəbi, sizcə, nədir?
c) Əsərdəki hökmdar obrazlarının
oxşar və fərqli cəhətlərini müəyyənləşdirin. Poemadan
nümunələr göstərin.
Müqayisə olunanlar |
Müqayisə üçün əsaslar |
|
|
|
|
|
|
|
|
|
d) Müəllifin güc və qəddarlığın
qarşısında aciz qalmış insanın davranışı barədəki fikrini necə
dəyərləndirirsiniz?
Müəllifin mövqeyi |
Müəllifin mövqeyi barədə fikrim |
|
|
e) Əsərdəki bədiiliyin, obrazlılığın
artmasında məcazların rolu nədən ibarətdir? Fikrinizi
nümunələrlə əsaslandırın.
Əsərdə işlənmiş
məcazlar
|
Obrazlılığın, bədiiliyin artmasında
onların rolunu təsdiq edən nümunələr
|
|
|
3.
Yazılı qeydlər əsasında şifahi təqdimata hazırlaşın.
1.
B.Nəbiyev. Əhməd Cavad. Bakı: Proqres, 2012, səh. 87-92.
• IV dərs
• TƏTBİQ
•
MÜZAKİRƏ
• YARADICI İŞ
1.
Mövzulardan birini seçib işləyin.
a) "Ə.Cavadın yaradıcılığında
milli azadlıq və müstəqillik ideyalarının tərənnümü”
mövzusunda inşa.
b)
"Poemada təsvir olunanlara və obrazlara müəllifin
münasibəti” mövzusunda esse.
2.
İşin icrasına ayrılan vaxt tamamlandıqdan sonra parta
yoldaşınızla yazılarınızı dəyişib oxuyun. Uğurlu
saydıqlarınızı və arzunuzu — nələri artırmağı və dəyişməyi
lazım bildiyinizi qeyd edin.
3.
Təqdimatlar etməklə yazılardan nümunələri müzakirə edin.
Yığcam məruzə yazın: Ə.Cavadın
yaradıcılığında vətən mövzusu.