1.
Əsərin davamını oxuyun, hər parçadakı əsas fikirləri ümumiləşdirib
bir neçə cümlə ilə yazmağa çalışın.
№
|
Oxunmuş parçalar
|
Onlardakı əsas fikirlər
|
|
|
|
2.
Tanış olmayan sözlərin mənasını aydınlaşdırın.
3.
Mənasını aydınlaşdırdığınız sözlərin (beşdən az olmayaraq) alınma,
yaxud dilimizə aid olduqlarını əsaslandırın.
Tanış olmayan sözlər
|
Mənası
|
Öz sözümüzdür
|
Alınma sözdür
|
|
|
|
|
4.
Daha maraqlı hesab etdiyiniz məcazları yazın.
Maraqlı hesab etdiyim məcazlar
və onların növü
|
Bu məcazları maraqlı hesab
etməyimə səbəb nədir?
|
|
|
5.
Şifahi təqdimata hazırlaşın.
I
Nədənsə, qatilləri
Boğmayırmış göz yaşı...
Gəldi uğursuz Xaqan,
Əyildi xalqın başı;
Baxaraq azğın-azğın
Qan daman gözlərilə
Ürəkdən məğlub şahın
Əyləndi sözlərilə.
Qalxdı başlar səcdədən,
Başladı çirkin hesab:
Dodaqlar üzəngidə,
Öpüldü çaxçur, corab.
Samur kürkün ətəyi
Öpüldükcə marçamarç
Ayini təqdis etdi
Məshəf ilə qızıl xaç...
Ağsaqqallı bir qoca
Bir ehtişam əsiri,
Uğursuz hökmdarın
Beş tuğlu baş vəziri
Yetirdi məğlub şaha
Buyruğunu xaqanın:
"Malın, mülkün bizimdir,
Amanda ancaq canın.
Qarşı çıxdın xaqana,
Tutmadı, söndü baxtın,
Qılınc çaldıq, qazandıq,
Bizimdir tac və taxtın”.
"Yaşasın” bağırtısı
Qopunca hər bir yandan
Hərəkət əmri verdi
Lələkli baş komandan...
Beləcə əski parça
Bir çırtmayla atıldı;
Bütün bu ölkə xalqı
Çox ucuza satıldı..
Yoxsullar boğularkən
Bu qanlı, yaslı vayda,
Xaqan dalmışdı eyşə
Bağlardakı sarayda.
Mərmər sütunlu qəsrin
Sarmaşıqlı eyvanı
Çıraqlarla bəzənmiş,
Nurladırdı hər yanı.
Çiçəkli köşkü axşam
Bəzətmişdi əski şah.
Xaqan demişdi: "İndi
Kef etməmək bir günah.
Mənim sadiq vəzirim,
Gəl, gəl, baxaq hesaba;
Vəzirimin saqqalı
Boyansın bir şəraba!”
II
.. Göstərdilər xaqana
Kəsmə telli bir qızı,
Dedilər ki, " bu Sara -
Ölkəmizin ulduzu”.
Fərqi yox, qoy süzülsün,
Baxsın belə dərindən,
Nə anlar sərxoş baxış
Saranın gözlərindən!
Kim ki Saranı gördü,
Çəkdi xeyli yanıq ah.
Bir şey qanmadı ondan
O qəlbi kor padişah...
Parlayan aləmləri
Anlarmı qan içənlər?!
Nə bilir çiçək nədir,
Kor gəlib, kor keçənlər?!.
"Oxusun!” - əmri çıxdı.
Sara coşdu bir daha.
Can verən sərxoş gecə
Ölürkən yorğun, əzgin,
Coşdu qızın səsində
Ölkədə qaynayan kin.
Boş yerə bir ölkənin
Haqsızca axan qanı
Saranın dodağında
Canlandı, oldu mahnı:
III
Şərqi
Mən ki səndən doymamışdım,
Quş qonmağa qoymamışdım,
Bir almanı soymamışdım,
Kim sənə kəc baxdı, bağlar?!.
Darğınam mən belə baxta,
Ürəyim qan laxta-laxta.
Bax ki kimlər çıxdı taxta,
Küsdü kimin baxtı, bağlar!
Çıxmamış gün, atmamış dan,
Qanlı bir toz qalxdı yoldan.
Qoç igidlər oldu qoldan,
Qanlı kəfən taxdı, bağlar!