Sovet rejimi, qırmızı terror "cümhuriyyət şairi”ni, "köhnə müsavatçı”nı, türk xalqlarının birliyini təbliğ edən nüfuzlu şəxsi bağışlaya bilməzdi. Ə.Cavad 1920-ci illərin ortalarından başlayaraq, xüsusi orqanların təqiblərinə məruz qalır. Qələm "dostları” onun hər şeirində, misrasında yeni quruluşun əleyhinə işarələr axtarır, müzakirələr keçirir, böhtan, ittiham dolu yazılar çap etdirirlər. "Sosializm quruculuğunu tərənnüm edən” əsərlər yazmamaqda günahlandırılan şairin bu məzmunda qələmə aldıqları da ("Pambıq dastanı”, "Kür” və s.) kəskin tənqid edilir, ona bəslənilən düşmən münasibət dəyişmir. 1920-ci illərdə müxtəlif bəhanələrlə bir neçə dəfə həbs edilən şair 1937-ci ilin iyun ayında həbsxanaya atılır, kiçik rütbəli rus və erməni zabitləri tərəfindən dəhşətli işgəncələrə məruz qalır. Vətənini, millətini sonsuz məhəbbətlə sevən şair həmin ilin oktyabr ayında "xalq düşməni” kimi məhv edildi. Onun həyat yoldaşı Şükriyyə xanım sürgün edildi, kiçikyaşlı övladlarını bir-birindən ayırıb müxtəlif uşaq evlərinə göndərdilər. Adının çəkilməsi, əsərlərinin oxunması və saxlanılması vətənində yasaq edilən Ə.Cavada Türkiyə sahib çıxdı; əsərləri çap edildi, yaradıcılığı ilə bağlı tədqiqat aparıldı, şeirləri dildən-dilə gəzdi. Məşhur "Çırpınırdı Qara dəniz” şeiri Türkiyədə bu gün də milli marş kimi səsləndirilir və sevilir.
"Qoşma”dakı ictimai məzmunlu şeirlər |
Bu şeirlərdə əks olunmuş əsas məsələlər |
№ | Müqayisə olunanlar | Onların oxşar cəhətləri | |||