Şeir aləmində Əhməd Cavad kimi tanınan gənc müəllim 1913-cü ildən pedaqoji fəaliyyətə başlamışdır. O, fasilələrlə Şəmkir, Gədəbəy, Quba qəzasında və digər bölgələrdə müəllimlik etmişdir. I Dünya müharibəsi dövründə Xeyriyyə
Şairin 1916-cı ildə çap olunan "Qoşma” adlı ilk kitabında toplanan şeirlər mövzuca fərqli olsa da, onlarda ictimai motiv, "Əhməd Cavad kədəri” güclüdür. Vətənin "məzarlıq aləminə dönməsi”nə etiraz ("Quşlara”), vətən yolunda fədakar olmağa çağırış ("Qafqazlısan, sev Qafqazı!”), dilimizin saflığının qorunması ("Dilimiz”), xalqı qəflətdə saxlayan yalançı axundların tənqidi ("Ey axund...”) kimi məsələlərə kitabda geniş yer verilmişdir.
Əhməd Cavadı "cümhuriyyət nəğməkarı” adlandıranlar səhv etmirlər. Hələ 1912-ci ildə "Qafqaz könüllüləri” tərkibində İstanbula - türk qardaşlarımıza köməyə gedən şair üçün vətənin azadlığından, müstəqilliyindən uca heç nə yox idi. Cümhuriyyət dövründə qələmə aldığı əsərlərin əksəriyyəti müstəqil ölkənin tərənnümünə həsr edilmişdir. Bu əsərlərin çoxunun yer aldığı "Dalğa” (1919) kitabı böyük maraqla qarşılandı. "Azərbaycan bayrağına”, "Al bayraq”, "Can Azərbaycan”, " Qardaş” və s. şeirləri dildən-dilə düşərək qısa bir zamanda bütün ölkəyə yayıldı. Dövlət himninin mətnini yazan Ə.Cavad müstəqilliyə qovuşmuş vətənimizi tərənnüm etməkdən, sevincini dilə gətirməkdən usanmırdı:
Şairin doğma vətəninə, onun bənzərsiz təbii gözəlliklərinə, saf məhəbbətin tərənnümünə həsr etdiyi şeirləri oxuculara sevdirən cəhətlər çoxdur. Dilinin aydınlığı, canlı danışıq dili ilə yaxından səsləşməsi, təbii, səmimi hislərin böyük ustalıqla ifadə edilməsi bu əsərlərin hamısı üçün səciyyəvidir:
Azərbaycan Xalq Cümhuriyyətinin süqutu şairi sarsıtdı, yaradıcılığına əhəmiyyətli təsir etdi. O, ömrünün sonuna kimi ölkəsinin əsir vəziyyətini gah açıq şəkildə, gah da rəmzlərlə, mətnaltı mənalarla ifadə etməkdən çəkinmədi. Bu illər ərzində onun "könül rübabı” kədərə bürünür, nisgil dolu hisslərin əks olunduğu şeirlərinin ("Nə yazım?”, "Unudulmuş sevda”, "Olsun qoy” və s.) sayı çoxalır...
O, pedaqoji fəaliyyətə qayıdır, bir müddət (1920-ci ilin oktyabrından 1922-ci ilin yayına kimi) Qusarın Xuluq kəndində müəllim işləyir. 1922-1926-cı illərdə