Əhməd Cavad
(1892-1937)
O, türkün başında qatılaşan dini, milli, qövmi genosidə
qarşı türk birliyi ideyasının beşiyi başında duranlardan
biri olub. Elə bütün bunlara görə də onu hamıdan çox
təqib ediblər, "xalq düşməni”, "müsavat şairi” anlamına
və obrazına tuş olan bütün zərbələr ona dəyib.
Yaşar Qarayev
ƏHMƏD CAVADIN HƏYATI,
YARADICILIQ YOLU
•ARAŞDIRMAYA
HAZIRLAŞIN
Aşağıdakı tapşırıqları fərdi olaraq yerinə yetirin.
1.
Ə.Cavad haqqında bildiklərinizi yada salıb yığcam müzakirə aparın.
2.
Aşağıdakı qaydaya əməl etməklə mətni oxuyun:
a)
İlk sualı və onunla bağlı mətni oxumaq üçün iki nəfər ayrılır. Onlardan biri mətni ucadan oxuyur, oxunmuş hissə ilə bağlı ikilikdə açar
sözlər müəyyənləşdirirlər.
b)
Mətni oxumayan ikinci şagird açar sözlərdən istifadə etməklə suallar
hazırlayır və onlara cavab verməyi birinci şagirdə təklif edir. Cavabların müzakirəsində bütün sinif iştirak edin.
c)
Cütlüklər əvəzlənməklə digər mətnkənarı suallar və onların cavabları
bu qayda ilə oxunub başa çatdırılır.
3.
Müzakirənin gedişində və sonda mətnə hansı məzmunda əlavələr etməyin lazım olduğunu müəyyənləşdirib bəndlər şəklində yazın.
Əhməd Məhəmmədəli oğlu Axundzadə (Əhməd Cavad) Şəmkir mahalında, tanınmış ruhani ailəsində dünyaya göz açmışdır. Atasını tez itirsə də, ailə onun mükəmməl təhsil almasının qayğısına qalmışdır. Üç ilə qədər mollaxanada oxuyan Əhməd 1906-1912-
ci illərdə Gəncə müsəlman ruhani seminariyasında təhsil almışdır. O, burada fars, ərəb, rus dillərini öyrənmiş, ilk şeirlərini yazmış, həmin illərdə
Ə.Cavadın uşaqlığı, gəncliyi və
yaradıcılığının ilk dövrü üçün səciyyəvi olanlar nədir?
mətbuatda
çıxış etmişdir. Elmə, təhsilə ciddi münasibəti, təmkini, nəcib davranışı ilə
seçilən Əhmədin "mədrəsə şeirləri” (seminariya bu adla da tanınırdı) onun sənətdə ilk addımları idi. İnadlı axtarışlar bəhrəsini verirdi; ərəb-fars sözlərinin,
ənənəvi məcazların çox işləndiyi şeirləri zaman keçdikcə durulaşır, onlarda xalq
ədəbiyyatının təsiri aydın duyulurdu.