böyük fəlakətlərin şahidi və iştirakçısı olan insanların taleyi timsalında müharibəyə münasibəti ön
plana çıxarmışdır. Əsərdə qaldırılan problemlər sənətkarın
yaşadığı dövrdə baş verən faciəli hadisələrin əks-sədasıdır. Faciədə konfliktin
mənəvi aləmin müxtəlif qütbləri arasındakı ziddiyyətlər əsasında qurulması
fikrin, mənanın qüvvətli və emosional ifadəsinə xidmət edir. "İblis” müharibələrin əsl mahiyyətini
açıb göstərən və müharibə əleyhinə yazılmış faciədir. Dramaturq hərbə uymuş insanlığın faciəsini
göstərməklə bəşəriyyəti bu dəhşətli
bəladan xilas olmağa səsləyir.
Əsər hansı bədii cəhətləri ilə
diqqəti daha çox cəlb edir?
"İblis” faciəsi bənzərsiz bədii sənətkarlıq xüsusiyyətlərinə malikdir. Ondakı monoloq və
dialoqların dramaturqun romantik-fəlsəfi üslubunda özünəməxsus yeri var. Əsərdəki orijinal
bədii təsvir və ifadə vasitələri, aforizmlər, poetik-fəlsəfi ümumiləşdirmələr obrazların xarakterini
açmaqla yanaşı, fikrin hikmət tutumunu artırmışdır. Faciədə lirik ünsürlərdən geniş istifadə
olunmuşdur.
• EVDƏ İŞ
ARAŞDIRMANI
DAVAM
ETDİRİN
Aşağıdakı mövzulardan birini seçib təqdimata hazırlaşın:
a) Müəllifin faciədəki qəhrəmanlara münasibəti.
b) Çağdaş şər qüvvələr haqqında düşüncələrim.
1.
Azərbaycan dramaturgiyası antologiyası. 4 cilddə. I cild. Bakı: Şərq-Qərb, 2007,
s.13-14.
2.
H.Cavid. Əsərləri. 5 cilddə. I cild, Bakı: Lider n., 2005, səh. 7-9, 13, 10-14, 17-23.
• IV dərs
• TƏTBİQ
• MÜZAKİRƏ
• YARADICI İŞ
1.
Mövzulardan birini seçib işləyin:
a) "Arifin faciəsinin səbəbini nədə görürəm” mövzusunda inşa.
b) "Faciədəki qadın obrazları haqqında düşüncələrim” mövzusunda
esse.
2.
İşin icrasına ayrılan vaxt tamamlandıqdan sonra parta yoldaşınızla yazılarınızı dəyişib oxuyun. Uğurlu saydıqlarınızı və arzunuzu — nələri artırmağı və dəyişməyi lazım bildiyinizi qeyd edin.
3.
Təqdimatlar etməklə yazılardan nümunələri müzakirə edin.
Mövzulardan birini seçib işləyin:
1. "Hüseyn Cavid romantik şair kimi” mövzusunda məruzə hazırlayın.
2. "Hüseyn Cavidin tarixi dramları” mövzusunda məqalə yazın.