4.
Aşağıdakı fikirlərlə tanış olun. Müzakirədə onlara münasibət
bildirin.
— İblis xəyalın məhsuludur. İnsan İblisi, bəlkə, elə ona
görə yaratmışdır ki, törətdiyi qəbahətlərin, cinayətlərin
müqabilində özünə bəraət qazandıra bilsin.
(Məsud Əlioğlu)
— Cavid insan naqisliyini elə başlanğıcdan insanın nəfsə qul
olmasında axtarır. İblis də insanın bu naqisliyindən istifadə edir.
(Qara Namazov)
5.
Əsərdəki başlıca fikri - ideyanı müəyyənləşdirin. Fikrinizi
əsaslandırmaq üçün əsərdən nümunələr göstərin.
Əsərin ideyasını daha qabarıq əks etdirən
misralar
|
Nə üçün belə düşünürsünüz? |
|
|
6.
Kiçik qruplarda birləşərək qənaətlərinizi bölüşün.
7.
Təqdimatlar əsasında fikir mübadiləsi və müzakirə aparın.
H.Cavidin yaradıcılığında "İblis” (1918)
faciəsinin xüsusi yeri vardır. Görkəmli ədib
bu əsərində, ilk növbədə, müharibələrin səbəblərini aydınlaşdırmağa çalışmış, insanlara ölüm,
fəlakət gətirən ədalətsiz müharibələrin törətdiyi faciələri əks etdirmişdir.
Əsərin mövzusu nədir? Faciədə diqqətə çatdırılan mənəvi dəyərlər hansılardır?
Mələyin müharibələrin səbəbini bəşəriyyətin
İblisə uymasında, İblisin isə insanın özündə, onun mənəviyyatındakı nöqsanlarda görməsi əsərə
fəlsəfi mahiyyət gətirir. Cavid bu ikili münasibəti müxtəlif
xarakterli insanların və hadisələrin fonunda əsər boyu izləmiş, nəfsin, altun,
qurşun hərisliyinin yaratdığı dəhşətli məqamları təsvir etməklə müharibələrə
nifrət hissi aşılamışdır.
Araşdırma əsərin mövzusu barədə dolğun cavabın hazırlanmasına imkan yaradacaqdır.
Faciənin qəhrəmanı Arif ilk səhnədə həqiqət
axtarışına çıxan, həyatı dərk etməyə çalışan,
mənəvi saflığını qorumağa can atan bir gənc
kimi diqqəti cəlb edir. Haqq-ədalət axtarışları
Arifi kamil insana çevirmir. Öz nəfsinin quluna çevrilən Arif altun və qurşun
Əsərdəki obrazların xarakter və əməlləri üçün səciyyəvi olanlar nədir?
sınağından çıxa bilmir, mənəviyyatındakı ciddi qüsurlar onu cinayətə sövq edir.
Əsərdə diqqəti daha çox cəlb edən İblis mifik obrazdır. İnsanların
iradəsizliyi, öz
mənfi ehtiraslarının əsirinə çevrilməsi İblisi sevindirir. İblis onu şər əməllər
törətməkdə günahlandıran, bütün bəlaların səbəbkarı sayan insanlarla razılaşmır, əsl təqsirkarın
insanın özü olduğunu söyləyir.
Əsərdəki İxtiyar Şeyx, Rəna, Elxan və başqaları fəlakətləri fərqli
şəkildə yaşasalar da, onların hamısı müharibələrin insanlara böyük məhrumiyyətlər gətirdiyi
qənaətindədir.
Əsərdə vətənpərvər zabit Vasif, var-dövlət hərisliyinin qatilə
çevirdiyi İbn
Yəmin obrazları da diqqəti cəlb edir.
"İblis”də real müharibə səhnələri, gerçək
döyüş vəziyyətləri yoxdur. Müharibənin ən
böyük şər kimi təqdim olunduğu faciədə orduların deyil, insanların qarşılaşmasının diqqət mərkəzinə çəkilməsi ibrətamizdir. H.Cavid qanlı döyüşlərdə iştirak edən,
Əsərdə qaldırılmış problemlər və konflikt üçün özəl olan cəhətlər hansılardır? Əsərin başlıca ideyası nədir?