İ x t i y a r
(müztərib)
Bana imdad edin, eyvah, imdad! Əmr edin, şimdi bulunsun cəllad!
X a v ə r i n x ə y a l ı
(görünür və çəkilib gedər)
İntiqam!..
İ x t i y a r
İştə o, dilbər mələyim!
Getmə, dur, bən də bərabər gələyim.
Çılğınca qəhqəhələrlə onu izlər. İslıq səsi eşidilir. Vasif və İbn Yəminin çavuşu
iki nəfər başqa haydutla gəlir.
V a s i f
(Rənayə)
Şu zalım xunxar,
Babanın qatili olmuş...
E l x a n
(növbətçiyə)
Al bunu, söylətmə daha!
(İbn Yəmin növbətçinin göstərdiyi yerdə çəkilib durur.)
E l x a n
Hazır ol! Bir, iki, üç...
(Nişançılar ortada sıraya duranları yaylım atəşilə qurşuna düzərlər.)
E l x a n
(Vasifə, İbn Yəminin cənazəsini göstərir)
Bana baq, izləməsəydin də dəmin,
Ələ keçməzdi, inan, İbn Yəmin.
Xeyli məmnunim, əzizim, səndən,
Söylə, yavrum, nə dilərsin bəndən?
İ b l i s
(Rənayı göstərir)
O gözəl afətə məftun şu çocuq.
R ə n a
(Arifə)
Sən bənim əski pərəstişkarım, (Vasifi göstərir.)
Bu isə ən yeni bir dildarım;
Haqqı, əfsus, edəməm bən inkar,
Çünki Tanrımla bənim əhdim var,
Bulsa hər kim babamın qatilini,
Bil ki, məmnun edər ancaq o bəni.
A r i f
(Rənayə)
Nə demək!.. Sən bu çürük lafı bıraq!
Yoq, bu, mümkün deyil əsla, bana baq!
Bir düşün, əldə dururkən şu silah,
Böylə təhqirə dayanmam...
...A r i f
(ətrafa, təhəssür ilə)
Ah, bir Vasifi görsəm... əfsus!.. (Həyəcanlı və müztərib.)
Qardaşım, sevgili Vasif, bana gəl!
Səni görsəm, bəni qorqutmaz əcəl.