X a v ə r
Sərxoşmu, nəsin? Gəl, iştə əvvəl! Məhv et bəni, olmayım da əngəl.
A r i f
(vəhşi bir hücumla boğazından yaqalayıb boğar, İblisdə alçaq və məmnun
bir
qəhqəhə...)
Al!.. İştə... budur cavabın ancaq...
Xavər iztirab və dəhşətlər içində əbədi bir şükutə varır.
İ x t i y a r
(gəlir, Xavərin cənazəsini görüncə)
Ah, o nə, eyvah, nə olmuş ona?
.. (Məyus və şaşqın baqışlarla cənazəyə yaqlaşır, qollarını köksündə çapraz
edər, titrək və acı bir fəryad ilə.)
Söylə, aman, söylə, mələk Xavərim!
Kim?.. Sana kim qıydı, aman, söylə, kim?
(Qucaqlayıb öpər. Cənazəyə acı fəryad ilə.)
Yavrum! Aman, nazlı, mələk Xavərim...
Pərdə
DÖRDÜNCÜ PƏRDƏ
(Ormanda bir cığır... Ariflə Rəna gəlir. Kənarda ıslıq çalınır, bir qurşun atılır).
R ə n a (diksinir, təlaş ilə)
Qurşun səsi!..
A r i f
(laübali qəhqəhə ilə cibindən bir revolver çıqarır)
Hiç qorqma, yanımda həm silah var,
Həm altın... Əvət, nasıl da parlar!..
Bir avuc altın çıqarır, əlində oynatıb cibinə qoyar. Haydutlar arqa tərəfdə,
ağaclar arasında görünür. Heyrətlə onlar dinlərlər.
R ə n a
Nerdən sana anlamam şu sərvət?
A r i f
(məğrur qəhqəhə ilə)
Bir arqadaşımdan oldu qismət,
Pəncəmdə həlak olub boğuldu,
Sərraf idi, həm də xeyli zəngin...
Kənardan İblisin mənalı və istehzalı qəhqəhələri eşidilir.
R ə n a
Sus, bir ləkədir bu söz səninçin;
Beş altına qarşı bunca vəhşət!?
Haydutlar ortaya fırlar.
B i r i n c i
h a y d u t (tüfənglə nişan alır)
Altınları ver!..
i k i n c i
h a y d u t (xəncərini Arifin
köksünə dayar)
Ver həpsini!