İ b l i s
(yarımqəhqəhə ilə)
Eşq olsun, əvət, böyük məharət!
A r i f
Rəna hanı? Söylə gəlsin!
İ b l i s
Əfsus,
Bir zabitə uydu getdi...
A r i f
(sözünü kəsərək)
Bildim, yetişir, o bəlli bir yol. (Dərhal dışarı fırlar.)
İ b l i s
Get, durma! (istehzalı qəhqəhə)
Fəqət, yazıq! Əmin ol,
Bəklər səni bir yığın cinayət,
İzlər səni bir yığın fəlakət. (Qəhqəhə...)
ÜÇÜNCÜ PƏRDƏ
Səhnə ilk pərdədə olduğu kibi ixtiyar şeyxin çardağını - qülbəsini göstərir. Şeyx
dışarıda, çardağın altında təsbih çəkərək dalıb getmiş... Son bahar, öylə, sisli
hava... Arif fəssiz olaraq gəlir, Xavər ona doğru qoşar, yaqlaşdığı sırada birdə-birə küskün və
şaşqın bir tevr ilə ürküb geri çəkilir.
A r i f
Xavər, bana baq, zavallı Xavər!
Bir söylə, nədir bu hali-müztər?
X a v ə r
Qoşdum sana sevdiyimdən, amma
Baqdım ki, sevilməyənlər əsla
Layiq deyil olmağa həmağuş,
Ürkdüm də, çəkildim iştə mədhuş.
A r i f
Dur, qəlbimi bir də yaqma artıq,
Arif fəqət intiharə layiq...
Bəndən babana səlam edərsin,
"Gəlmişdi də, şimdi getdi” dersin. (Gedəcək olur.)
X a v ə r
(bir az yaqlaşır)
Yoq, getmə, babam gəlir bu saət,
Dur bir verəyim xəbər... (Gedər.)
A r i f
(cibindən yarıdolu bir raqı şişəsi çıqarır)
Of! Qəmlərimə təsəlli ol sən,
Hər dərdi unutmaq istərim bən.
Son damlasına qədər içib şişəyi bir tərəfə atar. Ətrafı süzdükdə gözünə ilişən
tabançayı yerdən alır, qurşunlarına diqqət edər.
A r i f
(səndələyərək)
Gəldinmi?