A r i f
(Vasiflə küçük zabitə)
Ah, nə munis, nə mərhəmətlisiniz;
Nerdə rast gəldiniz şu zabitə siz?
V a s i f
Pək yaqınlarda, yol kənarində,
Baqdıq, əhvalı xeyli pəjmürdə.
K ü ç ü k
z a b i t
Bir əsir iştə, düşman olsa belə,
Yenə lazım müavinət edilə.
...K ü ç ü k
z a b i t
Türk ordusu ətrafə bu gün həmlə edərkən,
İranə və ya Qafqaza imdadə gedərkən,
Rus ordusu durmaz, çəkilirkən önümüzdən,
Vasif! Nə rəvadır ki, şu parlaq günümüzdən
Feyz almayaraq biz olalım qəflətə mail,
Satmaz, satamaz milləti şəxsiyyətə aqil.
V a s i f
(ani bir düşüncədən sonra kəskin və şiddətli)
Turana qılıcdan daha kəskin ulu qüvvət,
Yalnız mədəniyyət, mədəniyyət, mədəniyyət...
Bu sırada səhnənin işığı azalır.
1.
Əsərin davamını -ikinci, üçüncü, dördüncü pərdələri (burada onlardan parçalar
verilmişdir) nəzərdən keçirin.
2.
Oxuduğunuz pərdələrdə ifadə olunmuş mühüm fikirləri müəyyənləşdirməyə çalışın.
Oxunmuş
pərdələr
|
Onlarda ifadə olunmuş
mühüm fikirlər
|
Bu fikirləri mühüm hesab
etməyimin səbəbi
|
II pərdə |
|
|
III pərdə |
|
|
IV pərdə |
|
|
3.
Şifahi təqdimata hazırlaşın.
İKİNCİ PƏRDƏ
Ərəb zevqinə uyğun süslü bir salon... İblis xidmətçi ərəb qiyafətində ötəyi-bəriyi düzəltir. Bu
sırada Arif sağ qapıdan girər. Rənanın qapıyı qapayıb getdiyini görüncə
büsbütün şaşırır.
... İ b l i s
Söylə, dərdin nədir, aydın söylə!
A r i f
Mərhəmət qıl da, aman, lütf eylə,
Söylə Rənayə ki, Arif gəlmiş.
İ b l i s
Anladım dərdini, lakin bu, zor iş...
Ona nail olur ancaq onlar
Ki, avuclar dolusu altını var.