İBLİS
Faciə - 4 pərdə
(ixtisarla)
• I dərs
• MƏZMUN
ÜZRƏ İŞ
OXUYA HAZIRLAŞIN
Sualların üzərində düşünün, cavablarını cədvəldə qeyd
etdikdən sonra fikir mübadiləsi və müzakirə aparın.
Müharibələrin qarşısını almaq mümkündürmü? |
Sizcə, ədalətli müharibə nədir? |
Ədalətsiz müharibə nədir? |
|
|
|
1.
Müstəqil oxuduğunuz əsərdən aşağıdakı parçanı nəzərdən
keçirin. Tapşırıqları fərdi olaraq yerinə yetirin:
a) Mənasını aydınlaşdırdığınız
sözlərin alınma, yaxud dilimizə aid olduğunu əsaslandırın.
Tanış olmayan sözlər |
Mənası |
Öz sözümüzdür |
Alınma sözdür |
|
|
|
|
b) Seçdiyiniz məcazların növünü
dəqiqləşdirin. Onları daha maraqlı hesab etməyinizə səbəb nədir?
Əsərdən seçilmiş
məcazlar
|
Onların növü |
Daha maraqlı hesab
etməyimin səbəbi?
|
|
|
|
c) Oxuduğunuz parçada diqqətinizi
daha çox cəlb edən məsələləri ikihissəli gündəlikdə yazın.
Əsərdə diqqətimi cəlb edənlər |
Bunun səbəbi |
|
|
d) Oxuduğunuz parça hansı mənəvi
dəyərlər barədə danışmağa imkan verir?
2.
Kiçik qruplarda birləşərək qənaətlərinizi bölüşün.
3.
Təqdimatlar əsasında fikir mübadiləsi və müzakirə aparın.
Əşxas:
- İ b l i s - . . .
- M ə l ə k - . . .
- İ x t i y a r ş e y x - ağsaqqal bir sövməənişin...
- X a v ə r -İxtiyarın torunu
- A r i f- pərişan saçlı, sadə geyimli bir gənc
- V a s i f- könüllü bir türk zabiti (Arifin küçük qardaşı)
- K ü ç ü k z a b i t- Vasifin arqadaşı
- R ə n a - son dərəcə gözəl bir şəfqət həmşirəsi (türk)
- İ b n Y ə m i n - qırx beş yaşında qaraşın bir ərəb zabiti
- Y a r a l ı z a b i t- rus ordusuna mənsub bir gənc
- T e y f- Rənanın məqtul babasının xəyalı
- E l x a n - zabit (əskəri qaçaq)
- Zabitlər, əskərlər, haydutlar.
İLK PƏRDƏ
Bağdad civarında ağaclıq, mənzərəli bir guşə... Pərdə açıldıqda Arif bir tərəfdə, taxta bir karyola
üzərində əlinə təkyə edərək, uzanıb düşüncəyə dalmış,
səhnə qaranlıq, ətrafda göy gurultusu, şimşək çaqışı, tranpet sədaları, top, tüfək,
bomba patlayışları... Qarşıda, səhnənin nihayətində iki böyük göz (pəncərə) atəşlər, alevlər içində dəhşətli bir müharibə təsvir edər. Bir qaç zabit əldə durbin
müharibə komandasilə məşğul... Gözlərin birində İblis, digərində Mələk görünür.
Gurultudan sonra sükut...