Mətnkənarı suallar | Onlara hazırlanan cavablar |
Kəskin tənqidi məzmunu ilə seçilən "Neylərdin, ilahi?!” satirası 6 yanvar 1908-ci ildə "Molla Nəsrəddin” jurnalında çap olunmuş, böyük maraqla qarşılanmış və oxucuların arasında
Şeirin üzərində düşünməklə, xüsusən mənbələr üzərində işləməklə bu barədə dolğun təsəvvür qazanmaq olur.
İnsan həyatına laqeydlik humanist şairi sarsıtdığı kimi, insan taleyi ilə amansız rəftar da onu hiddətləndirir, daha kəskin, ifşaçı əsərlər yazmağa sövq edirdi. Onun həssas qəlbini yaralayan başqa bir cəhət də vardı; o, zalımın zülmünə
Haqsızlıq və ədalətsizliklə barışmadığını heç vaxt gizlətməyən Sabir xilas yolunu milli-mənəvi oyanış və özünüdərkdə görürdü. Bu əsərində şair bəşəri dəyərlərin qoruyucusu mövqeyində dayanır. Xeyirxahlıq, ədalət carçısı olan Sabir insanlığın taleyindən narahatlığını ifadə edir, məzlumların haqqının-hüququnun müdafiəçisi kimi səsini qaldırır:
Satirada milli və bəşəri bəlaların qovuşmuş şəkildə təqdimi humanist şairin ədalətli mövqeyinin ifadəsi idi.
Əsər mükəmməl bədii keyfiyyəti ilə diqqəti cəlb edir. Şeirdəki orijinal epitet, təzad, mübaliğə və s. onun maraqla oxunmasına səbəb olan vasitələrdəndir. Qafiyələrin (qanları, canları, ceyranları və s.), sözlərin (sidq, səfa, iş, güc və s.) uğurlu seçimi, misra daxilində məharətlə işlədilməsi şeirdə güclü ahəngin yaranmasına səbəb olmuşdur.