Ölkənin inkişafdan qaldığını, geriliyin, ətalətin, mövhumatın, cəhalətin tərəqqiyə mane olduğunu, gənc nəslin elmdən, təhsildən uzaq düşdüyünü dərin təəssüf hissi ilə qələmə alan şair ("Dindirir əsr bizi”, "Millət şərqisi”, "Oxutmuram, əl çəkin!”, "Uşaqdır”, "Bəxtəvər” və s.) əcnəbilərin tərəqqisini xatırlatmaqla qəflət yuxusunda olanları ayıltmağa səy edirdi:
Fanatizmin törətdiyi bəlaların ifşası, qadın əsarətinin tənqidi, milli mətbuata əngəl olanlara etiraz və s. Sabir satiralarının hədəflərindəndir. Qonşu İranda, Türkiyədə, bir sıra hallarda isə dünyada baş verən mühüm siyasi hadisələrə ayıq münasibətin ifadəsi onun yaradıcılığının səciyyəvi xüsusiyyətlərindən idi. Səttarxanın başçılığı ilə İranda baş verən milli azadlıq hərəkatını diqqətlə izləyən şairin yazdığı əsərlər mücahidlərin dilinin əzbəri idi.
Mənbələr üzrə araşdırma, şeirlərlə tanışlıq şairin satira yaradıcılığının mövzusu, əhatə olunan məsələlər barədə ətraflı fikir yürütməyə imkan verir.
Sabirin uşaq şeirləri ("Məktəb şagirdlərinə töhfə”, "Uşaq və buz”, "Yaz günləri” və s.) kiçik oxucularda məktəbə, təhsilə maraq və həvəs oyatmaq, təbiət hadisələri barədə aydın təsəvvür yaratmaq baxımından qiymətlidir.
Şairin bədii irsinə daxil olan tərcümələr (Firdovsinin "Şahnamə”sindən parça və s.), təmsillər ("Hörümçək və ipəkqurdu” və s.), mənzum hekayələr ("Molla Nəsrəddin və oğru” və s.), felyetonlar ("Hamısını tapa bilirəm, birini tapa bilmirəm” və s.), məqalələr ("Mətbuat” və s.) dəyərli nümunələr kimi bu gün də maraqla oxunur.
Sabirin satiraları özəl bədii xüsusiyyətləri ilə seçilir. Yaratdığı fərdi satirik tipi xarakter və dünyagörüşünə uyğun bir dildə danışdıran şair bu üsulla onun haqqında dolğun təsəvvür
Məcazlardan (bənzətmə, epitet və s.) orijinal istifadə baxımından Sabir satiraları misilsiz nümunələrdir.
Satiralarını əruz vəznində yazan şair bu vəznin imkanlarından bəhrələnməklə kifayətlənməmiş, onu öz yaradıcılıq üslubuna, satirik şeirin məzmununa, tələblərinə uyğunlaşdırmışdır.
Mənbələrin araşdırılması şairin satirik şeirlərinin bədii xüsusiyyətləri barədə dolğun təsəvvür yaradır.