"Anamın kitabı” - əsərdəki üç qardaşın komediyası, Ananın faciəsi,
Gülbaharın dramıdır. Gülbaharın monoloqu milli birlik marşı kimi səslənir:
"Qaldı bircə kitab, bu da anamın kitabı. Budur, atam öz əli ilə yazdığı vəsiyyət...
Yer, Göy, Ay və ulduzlar göylərdə seyr edib gəzə-gəzə genə Günün başına
dolanırlar... Mən etiqad edirəm ki, mənim də balalarım dünyada hər yanı gəzib
dolansalar, genə əvvəl-axır anaları Zəhranın ətrafında gərək dolanalar... Vay o
kəsin halına ki, təbiətin həmin qanununu pozmaq istəyə!”
"Anamın kitabı” - Azərbaycanın milli birlik kitabıdır.
Əsərin zəngin ideyasını mənbələri araşdırmaqla daha əhatəli şərh etmək
mümkündür.
• EVDƏ İŞ
ARAŞDIRMANI
DAVAM
ETDİRİN
1.
Sinifdə öyrəndiklərinizi göstərilən mənbələrdən topladığınız məlumat əsasında
zənginləşdirin və tamamlayın.
Məlumatın əldə edildiyi
mənbə
|
Məlumatın məzmunu və aid olduğu mətnkənarı sual
|
|
|
2.
Araşdırma apararkən aşağıdakı tapşırığı da əhatə etməyə çalışın:
a) Ana obrazını tanış olduğunuz hansı ədəbi qəhrəmanla müqayisə etməyin məqsədəuyğun
olduğunu müəyyənləşdirin.
b) Onların oxşar və fərqli cəhətləri hansılardır?
3.
Yazılı qeydlər əsasında şifahi təqdimata hazırlaşın.
4.
Mövzulardan birini seçib yığcam məqalə yazın (məqalə haqqında dərslikdəki lüğətdə və
digər mənbələrdə verilmiş məlumatı öyrənin):
a) C.Məmmədquluzadənin "kiçik” qəhrəmanlarının böyük faciəsi.
b) C.Məmmədquluzadənin publisistikasında ana dili məsələsi.
1.
C.Məmmədquluzadə. Əsərləri. 4 cilddə. I cild, Bakı: Öndər, 2004, səh. 20-22.
• V dərs
• TƏTBİQ
• MÜZAKİRƏ
• YARADICI İŞ
1.
Mövzulardan birini seçib işləyin.
a) "Qardaşların müqayisəli təhlili” mövzusunda inşa yazın.
b) "Ana obrazı məndə hansı təəssürat yaratdı?” mövzusunda esse yazın.
2.
İşin icrasına ayrılan vaxt tamamlandıqdan sonra parta yoldaşınızla
yazılarınızı dəyişib oxuyun. Uğurlu saydıqlarınızı və arzunuzu —
nələri artırmağı və dəyişməyi lazım bildiyinizi qeyd edin.
3.
Təqdimatlar etməklə yazılardan nümunələri müzakirə edin.
Yığcam məruzə yazın: C.Məmmədquluzadənin Cənub mövzusunda
əsərləri.