Əsərdəki obrazlar elə ustalıqla yaradılmışdır ki, oxucu-tamaşaçı
onların hər biri haqqında aydın təsəvvür qazana bilir. "Məsləkayrı
qardaş"ların:
Rüstəm bəy, Mirzə Məhəmmədəli və Səməd Vahid
obrazlarının yaradılmasına isə yazıçı xüsusi diqqət yetirmişdir.
Bu, əsərin ideyasının bütün incəliklərinə qədər aydın
Qardaşların xarakter və əməlləri üçün mühüm olanlar nədir?
Onların oxşar və fərqli cəhətləri hansılardır?
başa düşülməsi niyyətindən irəli gəlmişdir. Qardaşlar vətənsevər
ataları Əbdüləzim bəyin arzusuna uyğun olaraq, ali təhsil almışlar.
Böyük qardaş Rüstəm bəy Rusiyada, ortancıl qardaş Mirzə Məhəmmədəli
İranda, kiçik qardaş Səməd Vahid isə Türkiyədə oxumuşdur. Lakin
qardaşlar vətənlərinə fayda verə bilən elm-bilik sahibi, kamil
mütəxəssis kimi qayıtmamışlar. Onların hər biri doğma yurdlarına
təhsil aldıqları ölkənin mənafeyinə uyğun əqidə ilə dönmüşlər. Bu,
qardaşlar üçün ortaq cəhətdir. Rüstəm bəy zahirən təmkinli, demokrat
fikirli adam təsiri bağışlayır. Lakin bunun zahiri, aldadıcı olduğu
çox tez aşkara çıxır. Mirzə Məhəmmədəli xasiyyətcə daha tünd olduğu
kimi, qatı mühafizəkarlığı, kobudluğu ilə də seçilir. Səməd Vahid
həlimtəbiətli adam təsiri bağışlasa da, yersiz inadkarlıqda
qardaşlarından heç də geri qalmır. Yad ölkələrin dilinə və əqidəsinə
üstünlük vermələri və həmin istiqamətdə fəaliyyət göstərmələri bir
ailənin övladlarını ayrı salmışdır.
Senzor Mirzə Cəfərin müstəqil
Azərbaycan hökuməti ideyası ilə bağlı çar hakimiyyətinin
narahatlığını ifadə edən sözləri ölkədəki mürəkkəb ictimai-siyasi
vəziyyət, həlli vacib olan məsələlər barədə aydın təsəvvür yaradır.
Belə bir dövrdə qardaşların çürük əqidə ilə yaşaması, mənasız
"fəaliyyəti” acı təəssüf hissi oyadır.
Mənbələr üzrə qazanılmış biliklər əsasında mətnə yenidən müraciət
etməklə bu obrazları daha ətraflı təhlil etmək mümkündür.
• EVDƏ İŞ
ARAŞDIRMANI
DAVAM
ETDİRİN
1.
Sinifdə öyrəndiklərinizi göstərilən mənbələrdən topladığınız
məlumatlar əsasında zənginləşdirin və tamamlayın.
Məlumatın əldə
edildiyi mənbə
|
Məlumatın məzmunu və aid olduğu
mətnkənarı sual
|
|
|
2.
Araşdırma apararkən aşağıdakı sualların cavablarını da əhatə
etməyə çalışın:
a) Əsərdə təsvir olunanlarla
səsləşən real hadisələri yazıçı harada və hansı illərdə
müşahidə edə bilərdi?
b) Tragikomediyada diqqət mərkəzinə
çəkilmiş problemlərdən hansılar bu gün də aktual sayıla bilər?
Cavabları qısaca olaraq sxemdə yazın.
"Anamın kitabı"
əsərində
qaldırılan
problemlər
....
Onlardan
hansılar bu gün
də aktual
sayıla bilər?
....
Günümüzdə bu
problemlərin
yaranmasına səbəb
nə ola bilər?
....
Bu problemləri
aradan necə
qaldırmaq
olar?
....
3.
Yazılı qeydlər əsasında şifahi təqdimata hazırlaşın.