• III dərs
• TƏHLİL
ÜZRƏ İŞ
Mətni fərdi olaraq oxuyun, ardıcıllığa əməl etməklə tapşırıqları yerinə
yetirin. Öncə tapşırıqlarla tanış olun.
1.
Birinci mətnkənarı sualı və onun cavabı ilə bağlı hissənin ilk cümlələrini oxuyun.
Düşünün: Mətn sizin üçün çətin deyil ki?
2.
Mətndəki başlıca fikirləri oxuda anlamağa çalışın. Bunun üçün mətnkənarı sualların
məqsədini, onlardan irəli gələn fərziyyələri müəyyənləşdirin.
3.
Hər bir sualla bağlı hissənin oxusu başa çatdıqdan sonra onu necə anladığınız barədə
düşünün.
4.
Oxu başa çatdıqdan sonra bütövlükdə mətndə əks olunmuş başlıca fikirləri necə
anladığınızı yoxlayın. Öyrəndiklərinizi fərziyyələrlə müqayisə etməklə bunu aydınlaşdıra
bilərsiniz. Lazım gələrsə, mətni
yenidən nəzərdən keçirin.
5.
Vacib saydığınız fikirləri silinə bilən işarə ilə mətndə oxu zamanı qeyd
edin və gəldiyiniz nəticələri qısaca yazın.
6.
Kiçik qruplarda birləşərək qənaətlərinizi bölüşün, təqdimatlar etməklə müzakirə aparın.
Qardaşların səciyyəvi xüsusiyyətlərini "xarakterlər xəritəsi”ndə əks etdirin.
Əsər hansı mövzuda yazılmışdır?
Yazıçının bu mövzuya müraciət
etməsinə səbəb nə olmuşdur?
İyirminci yüzilliyin əvvəllərində Azərbaycanda yaranmış mürəkkəb ictimai-siyasi vəziyyət
vətənpərvər yazıçını dərindən düşündürürdü. "Xalqın və
ölkənin qarşılaşdığı problemləri necə həll etmək
olar? Çıxış yolu nədədir?" qəbildən suallara
C.Məmmədquluzadə həm publisistik , həm də bədii
əsərlərində cavab verməyə çalışır, müasirlərinin diqqətini taleyüklü məsələlərə cəlb edirdi. "Anamın
kitabı”nda (1920) məhz belə
bir ziddiyyətli dövrün problemləri təsvir edilmişdir. Araşdırma əsərin
mövzusu barədə
dolğun cavabın hazırlanmasına imkan yaradacaqdır.
Əsərdə qaldırılmış problemlər və
konflikt üçün özəl olan cəhətlər
hansılardır?
İdeyaca zəngin olan "Anamın kitabı” tragikomediyası bədii həlli verilən problemlərin çoxluğu
ilə də fərqlənir: xalqa yadlaşmış ziyalıların məslək
ayrılığı, soykökündən uzaqlaşmağın acınacaqlı nəticələri, milli müstəqillik və milli birliyin
vacib olması və s.
Bütün bunlar, eləcə də digər ciddi problemlər əsərdə real, təbii səhnələr, orijinal
bədii vasitələrlə təqdim edilmişdir. Qardaşların yaşadıqları evdə baş verənlər,
cəmiyyəti-xeyriyyənin iclasındakı danışıqlar, eləcə də digər təsvirlər əsərdə qaldırılmış
problemləri hərtərəfli əks etdirir.
Əsərin maraqla oxunmasının bir səbəbi də konfliktin çoxcəhətli olması və real
həyati hadisələrlə səsləşməsidir. Əsərdə obrazların arasında baş verən konflikt
mövcud cəmiyyətdəki prosesləri əks etdirir. Təhsil aldıqları ölkələrin düşüncə,
davranış tərzini, dilini mənimsəyən qardaşlar nəinki vətənləri, həm də doğma
adamları və bir-biri üçün yad adama çevrilmişlər.
Qardaşların düşüncəsinə hakim kəsilən yad əqidə onlar üçün milli birlik və
vətənpərvərlik anlayışının üstündən qələm çəkmişdir.
Tragikomediyada hansı milli-mənəvi
dəyərlər ön plana çəkilmişdir?
Yüz illər boyu yaşadılan, bütün dövr və zamanlarda qorunub saxlanan bir çox milli-mənəvi
dəyərlərə etinasız münasibət əsərdə kəskin tənqid edilmişdir. Məsələn, milli-mənəvi dəyərlərdən üz çevirməyin ailə münasibətlərində doğurduğu acı nəticələr əsərdə daha qabarıq əks etdirilmişdir.
Bu dəyərlərə laqeydliyin yaratdığı fəsadları tragikomediyanın
bütün epizodlarında ardıcıl müşahidə etmək mümkündür. Bunları əsərə yenidən müraciət etmək və mənbələr üzrə araşdırmalar aparmaqla ətraflı aydınlaşdırmaq
mümkündür.