Tapşırığı fərdi olaraq yerinə yetirin: İkinci və üçüncü
məclislərdə
ifadə olunmuş mühüm fikirləri müəyyənləşdirib cədvəldə qeyd edin.
İkinci məclisdəki başlıca fikirlər
Üçüncü məclisdəki başlıca
fikirlər
2.
Parta yoldaşınızla birlikdə suallara cavab hazırlayın.
a) Cəmiyyəti-xeyriyyənin iclasında ilk mübahisəyə səbəb nə olur? Bu
mübahisədə hansı tərəfin mövqeyini müdafiə edərdiniz?
b) İclasın gündəliyinə daxil edilmiş məsələlər hansılardır, onları
əhəmiyyətli saymaq olarmı?
c) Cəmiyyətin illik hesabatı barədə nə danışılır, icra olunmuş işlər,
sizcə, faydalıdırmı?
d) Məktəb proqramı ilə bağlı məsələdə diqqətinizi çəkən nə oldu,
onun necə həll olunmasını istərdiniz?
e) Ehtiyacı olan, aclıq çəkən insanların ərizəsi ilə bağlı məsələnin
müzakirəsi nə ilə nəticələndi, siz problemin necə həll olunmasını
ədalətli sayardınız?
f) Senzorun qardaşlarla bağlı ittihamları və gəldiyi nəticə sizdə
hansı qənaətin yaranmasına səbəb oldu?
g) Oxuduğunuz məclislər hansı mənəvi dəyərlər barədə danışmağa
imkan verir?
3.
Kiçik qruplarda birləşib qənaətlərinizi bölüşün, fikirlərinizi dəqiqləşdirib
ümumiləşdirin.
4.
Təqdimatlar əsasında fikir mübadiləsi və müzakirə aparın.
5.
Məclislərin birindən seçdiyiniz hissənin məzmununu iki formada —
yığcam və yaradıcı danışmağı öyrənin, nümunələri dinləyib onlara
münasibət bildirin.
• EVDƏ İŞ
1.
Əsərin ardını - dördüncü məclisi nəzərdən keçirin.
2.
Qardaşlar haqqındakı ilkin təəssüratınızı "xarakterlər xəritəsi'ndə
qeyd edin. Əsərdən nümunələr göstərməyi unutmayın.
xarakteri
nitqi
Obrazın adı
əməlləri
başqalarına münasibəti
3.
Tanış olmayan sözləri müəyyənləşdirin, daha maraqlı hesab etdiyiniz
məcazları yazın.
4.
Mənasını aydınlaşdırdığınız sözlərin (beşdən az olmayaraq) alınma,
yaxud dilimizə aid olduğunu əsaslandırın.
Tanış olmayan sözlər
Mənası
Öz sözümüzdür
Alınma sözdür
5.
Bu məclis hansı mənəvi dəyərlər barədə danışmağa imkan verir?
6.
Yazılı qeydlər əsasında şifahi təqdimata hazırlaşın.