S ə m ə d V a h i d. Çocuq ağlamasın, bən şer yazıyorum (gəlib oturur yerində və Rüstəm bəyə.) Dadaş, ədəbiyyatdan lazımsa, nümunə olaraq bir şer deyim, yaz lüğətə.
R ü s t ə m b ə y. Nə eybi var. Amma bu şərt ilə açıq olsun. Yoxsa, doğrusu, mən sənin dilini qanmıram.
S ə m ə d V a h i d (kağızlarını əlləşdirir və bir yerdən şairanə oxuyur) :
R ü s t ə m b ə y (“eh” eləyib çönüb gedir öz stoluna tərəf). O dili mən özüm qanıram ki, lüğətə də yazam?
S ə m ə d V a h i d (durur ayağa və kağızlarını yığışdırır ki, getsin). Dadaş, mən söylədiyim "Faust”dan türk dilinə tərcümədir. Bizim müəllimlər bunu indi bu saat məktəblərimizdə balaca çocuqlara öyrədiyorlar. Sən ki bunu qanmıyorsan, sənayei-nəfisədən bibəhrə olmağını müşahidə ediyorsın, zənnindəyim, əfəndim. (Səməd Vahid acıqlı, kağızı qəfəsənin içinə atıb, durur gedir. Rüstəm bəy təəccüblü baxır onun dalıyca.)
Z ə h r a b ə y i m (durur ayağa, bayazını qoltuğundan çıxardır və Səməd Vahidin dalıyca). Bala, bir dayan! Bala, bir dayan. Səməd bala, bir dayan! (Rüstəm bəy də kağızlarını yığışdırır və acıqlı, hazırlaşır çıxıb getməyə. İndi də Zəhra bəyim bayazını buna tərəf tutub yalvarır.) Rüstəm, Rüstəm, ayaqlarının altında ölüm! Bir dayan! Bala, bir dayan, bir bu kitaba bax.
R ü s t ə m b ə y (acıqlı). Eh, ana, sən Allah, əl çək!
(Rüstəm bəy də çıxıb gedir. Zəhra bəyim qalır ortalıqda tək, əlində kitab.)
Tanış olmayan sözlər |
Mənası | Öz sözümüzdür | Alınma sözdür |
Maraqlı hesab etdiyim məcazlar və onların növü |
Bu məcazları maraqlı hesab etməyimə səbəb nədir? |