L
Ləfz - dil, söz
M
Madər - ana
Madmazel - Fransada və bəzi başqa ölkələrdə, adətən, kübar qızların,
subay
qadınların adlarına qoşulan söz; xanım
Mədhuş - qorxmuş, dəhşətə gəlmiş
Mənhus - uğursuz, bədbəxt, nəhs
Mənzum məktub - nəzmə çəkilmiş, nəzmlə (şeirlə) yazılmış
Mühat - dövrəyə alınmış
Mühüb - heybətli, qorxunc
Müstəbid - istibdadçı, zalım hökmdar, hakimi-mütləq; zalım, zülmkar,
qaniçən
Mütəhəmmil - səbir edən, dözən, qatlaşan
Mütərcim -tərcüməçi, tərcümə edən
Mütəəssir - bir hal və hissin təsiri ilə dəyişilmiş, qüssələnmiş,
dərdlənmiş,
əhvalı pozulmuş, təsirlənmiş
Müztərib - sıxıntı, iztirab içində olan, narahat
N
Nafilə - nahaq, faydasız
Naloq - vergi
Nəbi - xəbər verən, peyğəmbər
Nuşirəvan Adil - ədaləti ilə ad çıxarmış hökmdar
O
Oymaq - kənd, el
P
Partiya komitəsi - sovet dövründə Kommunist Partiyasının şəhər, rayon
komitəsi
Pəjmürdə - qəmgin, kədərli
R
Razyezd - kiçik dəmiryol məntəqəsi
Rəncbər -taxıl əkib-becərməklə məşğul olan kəndli; əkinçi, taxılçı
Rida - plaşın bir növü
Riqqət - ürək yumşaqlığı, ürək incəliyi, şəfqət