F
Fenomen - müstəsna, qeyri-adi şəxsiyyət, hadisə
Fəzilət - ləyaqət, dəyər, alicənablıq, hünər
Firəng - fransız
H
Hacat - alət
Haydut - quldur, soyğunçu
Həmil - hamilə, boylu
Həzərat - "həzrət” sözünün cəmi, cənablar, ağalar
Huşyar - ağıllı, düşüncəli, şüurlu, dərrakəli
X
Xaqan - qədim türk və monqol hökmdarlarına verilən ad, titul
Xanəgah - şeyx və ya mürşidin dərvişlərinin yaşadıqları və ibadət
etdikləri yer
Xəlilüllah - ərəbcə: Allahın dostu, istəklisi
İ
İxtilaf- fikir ayrılığı, mübahisə
İxtiyar - yaşlı, qoca
İltimas - xahiş
İnabə - peşman olmaq
İnayət - rəhm, mərhəmət
İrfan - bilik, idrak, mərifət, elm və düşüncədən hasil olan yetkinlik,
ariflik
İslıq - fit, fışqırıq
İspalkom - sovet dövründə şəhər (rayon) icraiyyə komitəsinin sədri
İza - əziyyətvermə, incitmə
İzzəti-nəfs - heysiyyət, mənlik, şərəf
K
Karyola - italyanca: çarpayı
Kəndi - özü
Kəsil - yorğun, əzgin
Komsomol - sovet dövründə gənclərin siyasi təşkilatı
Kövkəb - ulduz, bəxt, tale
Q
Qaç - neçə
Qədirnaşünas - qədirbilməz
Qəzil - keçi tükü
Qübbə - yunanca: daxma, koma