LÜĞƏT
A
Antreprenyor - özəl teatr, sirk və s. tamaşa müəssisələrinin sahibi,
icarədarı.
B
Baziçə - oyuncaq
Bədəl - əvəz, əvəzçi
C
Cariyə - keçmişdə özgə ölkələrdən zorla qaçırılaraq azadlıqdan
məhrum edilən,
alınıb-satıla bilən, hüquqsuz qız və ya qadın
Cədəl - çəkişmə, didişmə, vuruşma, qovğa
D
Dehqan - kəndli, əkinçi, rəncbər
Dəstgah -
1. Cah-calal, dəbdəbə
2. Bir işin təşkili üçün lazım olan şeylərin, vasitələrn məcmusu
3. Azərbaycan xalq musiqisində irihəcmli muğam, musiqi kompleksi
Dildadeyi-irfan - elm, maarif əhli
Donos - birisi haqqında hökumət idarələrinə və ya onun nümayəndələrinə
gizli
olaraq verilən məlumat, xəbər
E
Ehsas - duyma, hissetmə; duyğu, hiss
Ekstremist - siyasətdə ifrat tədbirlər tərəfdarı
Ə
Əflatuni - açıq-bənövşəyi
Əxtər - ulduz, bəxt, tale
Əlbisə - paltar, geyim
Ərbab - sahibkar, ağa
Əşxas - şəxslə