Keşik rəisi leytenant Tansıkbayevin Yedigeylə doğma dilində - qırğız dilində danışmaqdan imtina etməsi, vəzifəsini bəhanə gətirib rus dilində danışması, AnaBeyit qəbiristanlığının taleyinə, insanların bu qəbiristanlıqda dəfn olunmaq arzusuna münasibəti onun da tarixi yaddaşdan, milli düşüncədən məhrum olduğunu göstərir. Təsadüfi deyil ki, Tansıkbayev bu yerlərin əsl sahiblərini - Yedigeyi və onunla gələnləri "kənar adamlar” adlandırır. Yazıçı öz kökünü könüllü olaraq unudan, tarixi yaddaşdan məhrum olan belə adamları ata-anadan məhrum olmuş yetim uşağa bənzədir.
Əsərdə qəhrəmanlarla bağlı hər bir kiçik detal və təsvir hadisələrin inkişafında dərin məna kəsb edir, bəşəriyyətin taleyi, əmin-amanlığı üçün narahat olan sənətkarın dərin humanizmini göstərir. Yaddaşsızlıq, manqurtluq təhlükəsi və ona qarşı
Mənbələr üzrə qazanılmış bilik əsərin zəngin ideyasını hərtərəfli aydınlaşdırmağa imkan verir.