GÜN VAR ƏSRƏ BƏRABƏR
(ixtisarla)
• I dərs
• MƏZMUN
ÜZRƏ İŞ
OXUYA HAZIRLAŞIN
Sualların üzərində düşünün, cavablarını cədvəldə qeyd etdikdən sonra
fikir mübadiləsi və müzakirə aparın.
Manqurt kimə deyilir?
|
İnsanın manqurt edilməsində məqsəd nə olur?
|
İnsanı mnqurta çevrilməmək üçün nə etməlidir?
|
|
|
|
1.
Əsərdən verilmiş aşağıdakı parçanı nəzərdən keçirin. Tapşırıqları
fərdi olaraq yerinə yetirin.
a) Tanış olmayan sözləri seçin və onların mənasını lüğətlərdən
aydınlaşdırın.
Tanış olmayan sözlər
|
Mənası
|
|
|
b) Seçdiyiniz məcazların növünü dəqiqləşdirin.
Əsərdən seçilmiş məcazlar
|
Onların növü
|
|
|
c) Oxuduğunuz hissədə diqqətinizi daha çox cəlb edən məsələləri ikihissəli gündəlikdə yazın.
Əsərdə diqqətimi cəlb edənlər
|
Bunun səbəbi
|
|
|
d) Suallara cavab hazırlayın:
- Yedigeyin və Ukubalanın Qazanqapın ölümü ilə bağlı
düşüncələri
onların mənəvi aləmi haqqında hansı fikirləri söyləməyə əsas verir?
- Əsərdə Nayman-Ana əfsanəsi haqqında nə deyilir?
- Ana-Beyit qəbiristanlığının tikanlı məftillərə alınması
insanlarda
hansı hislər doğurur?
- Oxuduğunuz parçalar hansı mənəvi dəyərlər barədə danışmağa
imkan verir?
- Əsərdən bitkin bir parça seçin, hissələrə ayırın, plan
tərtib edin,
məzmununu yığcam nağıletməyə hazırlaşın.
2.
Kiçik qruplarda birləşərək fikirlərinizi dəqiqləşdirin və ümumiləşdirin.
3.
Təqdimatlar əsasında fikir mübadiləsi və müzakirə aparın.
BİRİNCİ HİSSƏ
(parçalar)
Bu yerlərdə qatarlar şərqdən qərbə, qərbdən də şərqə gedir... Gecəyarı kim
isə yoldəyişən növbətçinin köşkünə tərəf tələsirdi. Yedigey o saat hiss elədi ki,
gələn arvadıdır və bu gəliş elə-belə gəliş deyil, onun bu gəlməyinə nəsə çox vacib
bir səbəb var. Doğrudan da, məlum oldu ki, gümanı düz imiş. Lakin iş üstə
olduğuna görə yerindən tərpənə bilməzdi. Sonuncu vaqon da gəlib keçəndən,
yolda hər şeyin qaydasında olduğunu bələdçiyə işarə verəndən sonra tələsik
arvadına tərəf döndü:
- Xeyir ola?
Qadın həyəcanla ona baxıb dodaqlarını tərpətdi, nəsə pıçıldadı.
- Nə olub?
- Qazanqap ölüb.