Ç.Aytmatovun əsərləri ilə dünya ədəbiyyatı yeni süjet və obrazlarla təzələnmiş, zənginləşmişdir. XX əsrin əllinci illərində otuz yaşlı Çingiz Aytmatovun yaratdığı Cəmilə obrazı təkcə sovet ədəbiyyatında deyil, eləcə də dünya ədəbiyyatında yeni ədəbi hadisə kimi dəyərləndirilmişdir.
Ədib "Üz-üzə” povestində (1957) Səidə və İsmayıl obrazları ilə ədəbiyyatda cəmiyyət-fərd probleminə dair fəlsəfi məsələ qaldırmışdır. Sosialist realizminin prinsiplərinə zidd olaraq, Totoyun ailəsinin timsalında ilk dəfə müharibə insanının faciəsini təsvir etmişdir.
Ç.Aytmatovun əsərləri kimi, yaratdığı obrazlar da dünyada yeni ədəbiyyatın bənzərsiz təzahürləri olaraq qəbul edilmişdir. Cəmilə, Daniyar, Sadıq, Tolunay, Aysel, Altınay, Baytemir, Toğulan, Altın, Yedigey, Abutalıb və başqaları müəllifin nadir
Qloballaşmanın milli dəyərləri arxa plana keçirmək meylinin qüvvətləndiyi bir dövrdə "kiçik” insanı böyük ədəbiyyatın əsas daşıyıcısına çevirmək Ç.Aytmatov sənətinin qələbəsi idi.