3.
Aşağıdakı fikirlərlə tanış olun. Müzakirədə onlara münasibət bildirin.
— Çingiz Aytmatov “Manas” dastanından doğulan əsərləri ilə yeni tipli
Manas fəlsəfəsi və müasir ədəbiyyat təfəkkürü yaradan böyük mütəfəkkirdir, İnsanlığa xidmət
edən ölməz əsərləri ilə birlikdə Çingiz
Aytmatov dünyanın ən uca zirvələrindən biri olan Tyan-Şan dağlarında bədii sözün qüdrətinə
ucaldılan möhtəşəm abidədir.
(İsa Həbibbəyli)
— Çingiz Aytmatovun yaradıcılığı təsdiq edir ki, qədim türk eposundan
gəlmədən, qədim və orta əsrlər türk ədəbiyyatını mənimsəmədən
müasir türk ədəbiyyatının (və deməli, dünya ədəbiyyatının) əsərini
yaratmaq mümkün deyil,
(Nizami Cəfərov)
4.
Təqdimatlar etməklə gəldiyiniz nəticələrlə bağlı fikir mübadiləsi və
müzakirə aparın. BİBÖ cədvəlinin sonuncu sütununda müvafiq
qeydlər edin.
Yazıçının həyat yolu üçün səciyyəvi olan cəhətlər hansılardır?
Çingiz Aytmatov Qırğızıstanın Talas vilayətinin Şəkər kəndində anadan olmuşdur. Dövlət xadimi
olan atası repressiyaya məruz qalaraq 1938-ci ildə güllələnmişdir.
Ç.Aytmatov 8-ci sinfi bitirdikdən sonra Cambul şəhər zootexnikumunda oxumuşdur. Sonralar Bişkek Kənd
Təsərrüfatı İnstitutunda ali təhsil almışdır. Onun ilk hekayələri 1952-ci ildə çap olunmuşdur.
Çingiz üç il ixtisası üzrə işləmiş, atasına bəraət verildikdən sonra
Moskvada M.Qorki adına Ədəbiyyat İnstitutunda ali ədəbiyyat kursunda oxuya bilmişdir.
Yazıçının nəsr əsərlərində diqqəti
daha çox hansı problemlər çəkir?
Bu problemlərin yaranmasının
səbəbini o nədə görürdü?
Ç.Aytmatov həcmindən, janrından asılı olmayaraq, bütün əsərlərində ciddi həyati problemlər qoyan
və onların bədii həllini verən qüdrətli sənətkardır. Onun povest adlandırılan əsərləri əhatə
etdikləri problemlərə, maraqlı insan talelərinin təqdiminə görə
roman təəssüratı yaradır. "Cəmilə”, "Köşək gözü”,
"Qırmızı yaylıqlı qovağım
mənim”, "Əlvida, Gülsarı”, "Ana tarla”, "İlk müəllim” və s. povestlərinin
daşıdığı böyük ideya-mənəvi yük cild-cild romanlarla müqayisədə ağır gələr.
Ç.Aytmatov povest və romanlarındakı ("Gün var əsrə bərabər”, "Qiyamət”,
"Kassandra damğası”, "Əbədi gəlin”, "Ağ gəmi”, "Dəniz kənarıyla qaçan alabaş”) "kiçik” insanı dünya
ədəbiyyatı miqyasında əsas obraza çevirə bilmişdir.
Onun əsərlərində sadə qırğız insanının həyat qayğılarından tutmuş dünyanı
narahat edən, qlobal əhəmiyyət daşıyan problemlərə qədər dərin, ciddi və məsuliyyətli mətləblər
bədii əksini tapmışdır. Çingiz Aytmatov qloballaşma prosesinin təsiri ilə milli dəyərlərin
itirilməsi fonunda qırğız xalqının timsalında
keçmişindən süzülüb gələn mənəvi keyfiyyətlərin, zəngin mədəni irsin böyük
enerjisini uğurla əks etdirməyə, güclü müqavimətini göstərməyə müvəffəq
olmuşdur.