Poemanın başlıca ideyası nədir?
"Şəhidlər” poeması şairin keçən əsrin sonlarında xalqımızın həyatında baş vermiş tarixi
hadisələr, müstəqillik uğrunda aparılmış
mübarizə və s. bağlı düşüncələrinin bədii ifadəsidir. Poemada azadlıq uğrunda
mübarizə aparan bir xalqın şəhid
verməsi, vətənin igid oğul və qızlarının şəhidlik zirvəsinə yüksəlməsi qürurverici tarixi hadisə
kimi dəyərləndirilir.
Şairin qənaətinə görə, azadlıq, müstəqillik istəyən xalq öz mübarizəsində
qurban verməyə də hazır olmalıdır. Çünki "azadlıq verilmir, vətənin igid, mərd
övladlarının qanı bahasına alınır”.
Əsərin zəngin ideyasını mənbələri araşdırmaqla əhatəli şərh etmək
mümkündür.
• EVDƏ İŞ
ARAŞDIRMANI
DAVAM
ETDİRİN
1.
Sinifdə öyrəndiklərinizi göstərilən mənbələrdən topladığınız məlumat əsasında
zənginləşdirin və tamamlayın.
Məlumatın əldə edildiyi mənbə
|
Məlumatın məzmunu və aid
olduğu mətnkənarı sual
|
|
|
2.
Şifahi təqdimata hazırlaşın.
3.
Mövzulardan birini seçib yığcam məqalə yazın:
a) B.Vahabzadənin yaradıcılığında ana dili mövzusu.
b) B.Vahabzadənin əsərlərində xalqımızın azadlıq mübarizəsinin bədii əksi.
1.
B.Vahabzadə. Əsərləri. 2 cilddə. I cild, Bakı: Öndər, 2004, səh. 5-7.
2.
B.Vahabzadə. Seçilmiş əsərləri. Bakı: Çaşıoğlu, 2005, səh. 5-9.